Fahişəxana çıxan Çay Evi məşhur müğənninindir-FOTOLAR
11-10-2014, 15:15
Oxunub: 7 160
Yusif Mustafayev: "Allah haqqı ora fahişəxana deyil, ən abırlı yerdir"
Xaçmaz rayon sakini Heybət Nemətovun Binəqədi rayonu ərazisindəki "New Life" çay evində gəlir əldə etmək məqsədi ilə əxlaqsızlıq yuvası təşkil etdiyi məlum olub. Binəqədi rayonunda əxlaqsızlıq yuvası aşkarlanıb. "Qafqazinfo" DİN-in saytına istinadən xəbər verir ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əxlaqsızlıq yuvası aşkarlanıb.
Xaçmaz rayon sakini Heybət Nemətovun Binəqədi rayonu ərazisindəki "New Life" çay evində gəlir əldə etmək məqsədi ilə əxlaqsızlıq yuvası təşkil etdiyi məlum olub. Qeyd edək ki, sözügedən çay evi mediada tez-tez reklam olunurdu və məşhur ulduzların sevimli məkanı olduğu bildirilirdi.
Bakıda əxlaqsızlıq yuvası aşkarlanan "New Life" çay evi məşhur müğənni Elçin Hüseynova məxsusdur.
"Qafqazinfo" xəbər verir ki, bir neçə ay əvvəl şou saytlarının birində kafe ilə bağlı reklam materialı yayımlanıb və həmin xəbərdə obyektin Elçin Hüseynova məxsus olması qeyd olunub. Məlumatda həm çay evi, həm də pub və Avropa mətbəxti kimi fəaliyyət göstərən "New Life"ın 24 saat müştərilərinin üzünə açıq olduğu yazılıb.
Daha sonra bildirilir ki, "New Life" açılan gündən tanınmışların ən çox getdiyi məkandır. Məşhurlar əbəs yerə "New Life" klubunu seçmirlər. Çünki burada mükəməl xidmət var. Məkan qonaqlarını geniş və şəxsi (VİP) otaqlarla xidmət etməklə yanaşı "playstation 3" oyunlarını müştərilərə təklif edir. "New life"da 6 VİP, 4 "besetka", 70 ümumi zal var.
Qeyd edək ki, Elçin Hüseynov Yusif Mustafayevin qaynıdır.
" "New Life" çay evi barədə deyilənlər yalandır, ora ən abırlı yerdir. Sənət adamları tez-tez ora yığışır". Bunu müğənni Yusif Mustafayev deyib. O, çay evinin qayını Elçin Hüseynova məxsus olduğunu təsdiq edib.
Y.Mustafayev əlavə edib ki, "New Life" çay evinin ətrafında yaranan söz-söhbət böhtan xarakterlidir: "Tamamilə yalan sözdür. Onlar abırlı adamlardır. Bu, onları istəməyənlərin uydurmasıdır. Allah haqqı yalan sözdür. Ora ən abırlı yerdir, sənət adamları həmişə bura gəlir".




nter]uploads/1413026588_777512.jpg[/img]

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər