BolgeXeber.Com » Gündəm » AVP Gəncləri bələdiyyə seçkilərinə hazırdırlar

AVP Gəncləri bələdiyyə seçkilərinə hazırdırlar

13-10-2014, 11:20
Oxunub: 2 956 Ana Vətən Partiyası Gənclər Təşkilatı İdarə Heyətinin növbəti iclası keçirildi

Partiyanın ofisində keçirilən iclasda bələdiyyə seçkilərinə hazırlıq, gənclərin sosial şəbəkələrdə aktivliyi və partiya sıralarına qəbulu məsələləri müzakirə olundu.
AVP Gənclər Təşkilatının sədri M.İbrahimov görülən işlərə dair hesabat verərək qarşıda duran vəzifələrdən bəhs etdi. Sədr partiya sıralarına gənclərin cəlb olunmasının, sosial şəbəkələrdə təbliğat işinin daha da gücləndirilməsinin vacibliyini iclas iştirakçılarının diqqətinə çatdırdı.
Gənclər Təşkilatı İdarə Heyətinin üzvü Tünzalə İsmayılova da çıxış edərək bildirdi ki, Gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni-humantiar həyatında mühüm rola malik potensial qüvvə kimi mühüm yer tutur. Bu gün Azərbaycan gəncləri cəmiyyətin bərabər hüquqlu üzvləri kimi ictimai həyatın bütün sahələrində uğurla çalışırlar. AVP gəncləri də bu cür aktiv gənclərin arasından seçilməli və bələdiyyə seçkilərində akitiv iştirak etməlidirlər.
Müzakirə olunan məsələlər ətrafında geniş disküsiya keçirildi.
İclasın sonunda müzakirə olunan məsələlər üzrə iş bölgüsü aparıldı və müvafiq tapşırıqlar verildi.
Bolgexeber.com