BolgeXeber.Com » Gündəm » 3 saylı Qadın Məsləhətxanasında nə yaşanır?

3 saylı Qadın Məsləhətxanasında nə yaşanır?

16-10-2014, 17:30
Oxunub: 25 445 Həkim məsuliyyətsizliyi baş alıb gedir

Etiraf edək ki, bu gün səhiyyədəki problemlər biraz da, qabarıq şəkil alıb. Əsasən də, ana və uşaq ölümlərinin artması bu durumu daha acınacaqlı edir. Əksər hallarda doğuş zaman baş verən ölümlər olsa da, hələ dünyaya gəlməmişdən öncə uşaq ana bətnində hansısa ayında tələf olur. Ana və uşaq ölümündə doğum evləri günahlandırılsa da, bəs 9 ayına çatmamış uşaqların ana bətnində tələf olmasına səbəb kimdir? Buna əsas səbəb qadın məsləhətxanalarıdır desək, yanılmarıq. Bu tibb müəssisələrinin fəaliyyətsizliyi və məsuliyyətsizliyi ucbatından hamilə qadınlar ya 9 ayına çatmamış bətnindəki uşağı itirirlər, ya da doğum evlərində ölümlə üz-üzə qalırlar.

Burdan da, belə bir nəticəyə gəlmək olar ki, həmin məsləhətxanalar 9 ay ərzində hamilə qadınları nəzarətdə saxlaya bilmirlər. Belə məsləhətxanalardan biri, hətta deyərdik birincisi, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 2 saylı Doğum Evi nəzdində, 3 saylı Qadın Məsləhətxanasıdır. Onu da qeyd edək ki, 3 saylı Qadın Məsləhətxanasının müdiri Axundova Təranə Kamil qızıdır. Heç xoş olmasa da, deməliyik ki, sözügedən qadın məsləhətxanası barədə yaxşı sözlər deyilmir. Belə ki, burada hamilə qadınları vaxtlı-vaxtında müayinədən keçirilmir, hətta səhv diaqnozlar qoyurlar. Həmçinin məsləhətxanada tibbi avadanlıqlar çox köhnədir. UZİ aparatı köhnə olduğundan, heç nəyi düzgün göstərmir. Bundan başqa, sözügedən məsləhətxanada çalışan həkimlər pasiyentə qarşı məsuliyyətsizlik və laqeydsizlik nümayiş etdirirlər. Məsələn, bizə daxil olan şikayətdə adının çəkilməsini istəməyən bir xanım bildirdi ki, 3 saylı Qadın Məsləhətxanasına müayinə üçün getdikdə, həkimi onda heç bir problemin olmadığını və hər bir şeyin qaydasında olduğunu söyləyib. Lakin cəmi bir gün sonra ana özünü pis hiss edib və başqa həkimə müraciət etdikdə, bəlli olub ki, körpə ana bətnində artıq neçə gün imiş ki, tələf olub. Əgər bu durum gec aşkarlansa, hətta ana da dünyasını dəyişə bilərdi. Bu durum bir daha onu göstərir ki, həqiqətən də, 3 saylı Qadın Məsləhətxanasında həkim məsuliyyətsizliyi baş alıb gedir. Hələ bu azmış kimi, məsləhətxana bazarı xatırladır. Qadınlar qeydiyyata düşmək üçün müraciət etdikdə, onlara müxtəlif bəhanələr gətirərək, 5-6 dəfə get-gələ saldıqdan sonra qeydiyyata alırlar. Qadınlar həkimlərdən məsləhətlər almalı olsalar da, onlar nəinki məsləhət, heç xoş üz də görmürlər. Məsləhət almalı olduqları halda, hamiləliklə bağlı bilgiləndirilmirlər. Bu azmış kimi, analardan hansınınsa başına bədbəxt hadisə gəlirsə, onlar məsuliyyətləri öz üzərlərindən atırlar. Məsləhətxanada çalışan həkimlər onlar barədə deyilənləri təkzib edir və bildirirlər ki, doğuş zamanı başına gələn hansısa bir bədbəxt hadisə doğuşa yardım edən həkimin məsuliyyətsizliyi ucbatından baş verir. Görünən odur ki, Təranə xanım müdiri olduğu məsləhətxananı necə deyərlər, tamamilə "başı boş buraxıb". Əgər belə olmasaydı, artıq neçənci dəfədir ki, 3 saylı Qadın Məsləhətxanasından şikayət daxil olmazdı. Orada baş verənlər və həkim kollektivinin məsuliyyətsizliyi barədə ciddi tədbirlərin görülməsi olduqca vacibdir. Bunu bizlər demirik. Yaşanan və bizə anlatılan hadisələr çılpaqlığı ilə göz önündədir. Onu da qeyd edək ki, hələ 2010-cu ildə qadın məsləhətxanalarının ləğv edilərək poliklinikaların tərkibinə qatılması planlaşdırılırdı. Lakin bu məsələ sadəcə olaraq, bir müddət gündəmdə qaldı. Və sonra heç bir tədbir görülmədi.http://gundelik-baku.com/