Burada pul verməyənə fərsiz deyirlər
18-10-2014, 10:30
Oxunub: 3 165
“Hansısa səbəbdən dərsdə iştirak etməyən tələbə qayiblərinin silinməsi üçün mütləq əlavə xərcə düşməlidir
“2 saylı Tibb Kollecində oxuyan tələbələrin heç bir qiyməti yoxdur. Sessiya zamanı imtahanı özü vermək istəyən tələbələrə müəssisə rəhbərliyi “Belə savadlıydın, gedib insituta daxil olardın da, daha sənin texnikomda nə işin var idi” şəklində cavab verirlər. Deyirlər, bizim kolleci qurtarmaq istəyirsənsə, başında savadın yox, cibində pulun olmalıdır”.
Bu fikirlər kollecdən qovulmasına heç bir zəmanət olmadığı üçün adını çəkilməsini istməyən 2 saylı Tibb Kollecinin tələbələrindən biri tərəfindən daxil olan şikayət məktubunda öz əksini tapıb.
Şikayətçi bildirir ki, Təhsil Nazirliyi kolleclərdə yoxlama aparanda təhsil aldığı müəssisənin direktoru bütün tələbələri yığıb, onlara qəti xəbərdarlıq etdi: “Kim bizdən şikayət etsə, dərhal qovulacaq. Onsuz da Təhsil Nazirliyiilə danışıb, razılaşmışıq. Onlar sizdən nə soruşmaq, nə informasiya almaq istəsələr, bilin ki, bunu gözdən pərdə asmaq üçün edirlər. Şikayət etmək iddiasına düşsəniz, nəticədə özünüz ziyanda qalacaqsınız”.
Müraciət müəllifi iddia edir ki, bu gün kollecdə onlarla müəllim ştatda ola-ola işə gəlmir: “Onların məvacibləri isə direktor tərəfindən götürülür”.
Kollecin tələbəsi bildirir ki, kollecə yeni daxil olanlara tələbə biletləri pulla verilir: “Hər il belə olur. Yeni daxil olmuş şəxs tələbə bileti üçün 20-30 manat civarında pul ödəməlidir. Artıq bu, kollecin daxili qaydalarından birinə çevrilib. Və hər kəs buna əməl etmək məcburiyyətindədir. Yox, əgər kimsə tələb olunan məbləği verməkdən imtina etsə, o zaman həmin tələbənin başı bir xeyli ağrıya, əlavə problemlərlə üzləşə bilər. Buna görə də başımız ağrımasın deyə nə deyirlərsə onu da edirik”.
Qayiblərə və semestr imtahanları zamanı tələb olunan məbləğə gəlincə, tələbələr qeyd edirlər ki, bu, fakültələrə və müəllimlərə görə dəyişir: “Hansısa səbəbdən dərsdə iştirak etməyən tələbə qayiblərinin silinməsi üçün mütləq əlavə xərcə düşməlidir.
Qarşı tərəfin də mövqeyini dərc edə bilərik…
Editor.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər