BolgeXeber.Com » Gündəm » Bakının mərkəzində gənc qətlə yetirildi

Bakının mərkəzində gənc qətlə yetirildi

1-12-2011, 11:05
Oxunub: 5 404 Bakının Səbail rayonunda gənc oğlan qətlə yetirilib.

Rayon Prokurorluğundan verilən məlumata görə, noyabrın 30-da 19 yaşlı Şabran rayon sakini Mərhəmət Məcidov naməlum şəxs tərəfindən qətlə yetirilib.

Mərhum T.Əliyarbəyov küçəsi 7 saylı binanın yaxınlığında söküntü aparılan ərazidə ürəyindən bıçaqla vurularaq öldürülüb. Hazırda qətlin motivi və cinayətkar məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.