BolgeXeber.Com » Gündəm » Şəkidə quduz eşşəklər camaatı qatıb qabağına, aləmi bir-birinə vurub

Şəkidə quduz eşşəklər camaatı qatıb qabağına, aləmi bir-birinə vurub

20-10-2014, 15:50
Oxunub: 5 477 Heyvan 14 saylı uşağ bağçasında Nurçin Zahidovu baş nahiyəsindən dişləyib Rəsmi məlumatlara görə, son illər ərzində ölkə ərazisində heyvan dişləmələrinin sayı xeyli artır. Hətta elə bölgələr var ki, orada yaşayan vətəndaşlar it, pişik, tülkü, canavar, çaqqalla yanaşı, ev heyvanlarından inək, at və eşşək tərəfindən dişləniliblər. Əldə etdiyimiz bilgilərə görə, ən çox heyvan dişləmələri və quduzluq ölkənin şimal, eləcə də şimal-qərb bölgəsində müşahidə olunur. Ötən gün Şəki rayonundan aldığımız xəbər də deyilənlərin həqiqət olduğunu təsdiqləyir.

Belə ki, əldə etdiyimiz bilgidə qeyd olunur ki, 4 quduz eşşək Şəkinin mərkəzi küçələrində camaatı qatıb qabağına, aləmi bir-birinə vurub. Şəki Şəhər İcra Hakimiyyəti, eləcə də Şəki Rayon Baytarlıq İdarəsi rəisi Əlövsət Mustafayev və digər müvafiq qurumların rəhbərliyi isə buna əhəmiyyət vermədən əhalini quduz eşşəklərlə üz-üzə qoyublar. Halbuki rayonda biri daşı daş üstə qoysa, o zaman Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun göstərişinə əsasən rayonun az qala bütün səlahiyyət sahibləri həmin şəxsin başının üstünü kəsdirəcəklər. Lakin rayon sakinlərinin canına vəlvələ salan eşşəklərin qabağını alan tapılmır.

Məlumatda həmçinin, o da bildirilir ki, həmin eşşəklərdən biri Şəki şəhər, Toqqarağac məhəlləsi, M.Rəsulzadə küçəsində yerləşən və Güllər Rauf qızı Mənəfovanın direktoru olduğu 14 saylı uşaq bağçasına soxulublar. Nəticədə quduz heyvan uşağ bağçasında Nurçin Sadiq oğlu Zahidovun üzərinə hücum çəkib onu baş nahiyəsindən dişləyib. Maraqlı məqam ondadır ki, bundan sonra da rayonun aidiyyəti qurumları quduz eşşəklərlə bağlı müvafiq tədbirlərə baş vurmayıb, onların zərərsizləşdirilməsi istiqamətində lazımi addımlar atmayıblar. Bu arada, onu da nəzərinizə çatdıraq ki, sözügedən hadisənin baş verdiyi 14 saylı uşaq bağçasının müdirəsi Güllər Mənəfova Şəki Şəhər İcra Hakimiyyəti başçısının aparatının ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rəfail Mənəfovun həyat yoldaşıdır. Yəqin elə buna görə də baş vermiş olaya görə 14 saylı uşaq bağçasının rəhbərliyinə irad tutan olmayıb. Lakin biz bu məsələni diqqətdə saxlayacağıq!
gundelik-baku