Azərbaycanlı həkimlər qanunsuz orqan satışında – ŞOK FAKTLAR
21-10-2014, 12:05
Oxunub: 3 439
Ukrayna Milli Təhlükəsizlik Xidməti milislə birlikdə Kiyevdə insan orqanlarının satışı üzrə ixtisaslaşan beynəlxalqqruplaşmanın iki üzvünü saxlayıb
Ukrayna mətbuatının verdiyi məlumata görə, cinayətkarlar aztəminatlı ailələrin üzvlərini aldadaraq qanunsuz orqan əməliyyatlarının keçirilməsi üçün Asiya və Cənubi Amerika ölkələrinə göndəriblər.
Məlum olub ki, cinayətkarlar 4 il (2010-2014) ərzində xaricə təxminən 50 insanı göndərə bilib. Bunlar yalnız Ukrayna deyil, həm də Azərbaycan, Ermənistan, Litva və Rusiya Federasiyası vətəndaşlarıdır. Xəbərdə bildirilir ki, Ukraynada donor olaraq yalnız yaxın qohumlar çıxış edə bilərlər.
İsitintaqın məlumatına görə, 25 qanunsuz əməliyyatlardan 15-i Azərbaycanda yerli həkimlər tərəfindən, digərləri isə Ekvador və Kosovoda keçirib.
Xəbərdə xatırladılır ki, 2010-cu ildə Kiyevdəki A.Şalimova adına İnstitutun üç transplantoloq həkimi saxlanılıb. İki əməliyyat institutunun özündə edilib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, həkimlər cinayətkar qruplaşmanın tərkibinə daxil idilər. 2013-cü ildə paytaxtın Obolonski rayon məhkəməsi "qara transplantasiya” işini bağlayıb.
Cinayətkar qruplaşmanın rəhbərinin tibbi təhsili olmayan İsrail vətəndaşının olduğu bildirilir.
Tutulan şəxslər barəsində Ukrayna Cinayət Məcəlləsinin 149-cu maddəsi üzrə cinayət işi başlayıb.
publika.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər