BolgeXeber.Com » Gündəm » 4 arvad, 7 nişanlı, 5 sevgilisi olan kişi

4 arvad, 7 nişanlı, 5 sevgilisi olan kişi

22-10-2014, 11:30
Oxunub: 3 112 Polis 16 qadını olan kişini saxlayıb: Qambiyadan olan 28 yaşlı kişinin 4 arvadı, 7 nişanlısı və 5 sevgilisi var

Bundan əlavə, “Kazanova”nın 4 uşağı var və bu yaxınlarda onun daha 2 övladı dünyaya gələcək.

Avstriya polisi 28 yaşlı çoxarvadlı Sonko Ticanı həbs edib. İş ondadır ki, Qambiya sakini avstriyalı qadınları cəlb edərək pulsuz yaşayış evi, qida, nağd pul almağa çalışıb. O, qadınlardan borc alaraq pulu bir daha geri qaytarmayıb.

Afrikalının sevgi macəralarının üstü barda Sonya Mayer adlı qadınla tanışlıqdan sonra açılıb. “Kazanova” qadını özünə cəlb edib. Sonya isə bunu ilk baxışdan sevgi olduğunu zənn edib. 28 yaşlı afrikalı da bunu sevgi kimi qələmə verib. Qızın ailəsinin məsləhəti ilə 1 aydan sonra onlar ailə qurublar.

Bir ildən sonra isə hamilə qalan Sonya “Facebook” səhifəsində Tican soyadlı qadınla rastlaşıb. Şəkildə qadının yanında duran şəxs isə Sonyanın ərinə oxşayıb.

Mayer deyib: “Əvvəlcə mən ərimin əkiz tayını tapdığımı düşündüm. Ərimin mənə xəyanət etməsi ağlıma belə gəlməzdi. Lakin qadının səhifəsini araşdırarkən getdikcə əmin olurdum ki, burada nəsə sirli bir iş var. Sonradan mən həmin qadınla əlaqə saxladım və biz polisə müraciət etdik. Məlum oldu ki, qadının əri elə mənim də ərimdir. Bu vaxt isə Tican artıq yoxa çıxmışdı”.

Polisin tədqiqatlarından sonra Qambiya sakininin 16 qadını olması ortaya çıxıb. Maraqlıdır ki, hər bir qadın Ticanının həyatında yeganə olduğunu düşünüb. Qadınlardan ən kiçiyinin 22, böyüyünün isə 44 yaşı var. Qadınların iddiasına görə, Sonko Tican qadınlarla yaşayıb, sonradan onlara kreditini ödəmək adı ilə min avro borc alaraq çıxıb gedib.