Güləşçimizin Suriyaya apardığı daha bir vəhhabinin kimliyi bəlli oldu
22-10-2014, 13:15
Oxunub: 3 242
Azərbaycanlı güləşçi Rəşad Baxşəliyevin özü ilə Suriyaya döyüşə apardığı bir neçə vəhhabi ailəsindən birinin kimliyi bəlli olub.
Bir müddət öncə Suriyaya “cihad etməyə” yollanan və özü ilə birlikdə iki ailəni də aparan R. Baxşəliyevin apardığı şəxslərdən biri İsmayıllı rayon sakini Etibar Məlikovdur.
E. Məlikov 3 ay öncə həyat yoldaşı ilə birlikdə evdən “Naftalan” sanatoriyasına getmək adı ilə çıxıb. Daha sonra evlərinə zəng edərək Suriyada olduqlarını deyiblər. Suriyada onun həyat yoldaşı qadınların saxlanıldığı ayrıca məntəqədə qalıb, özü isə birbaşa döyüşlərin getdiyi yerə yollanıb.
Üç gün öncə həyat yoldaşı evlərinə zəng edərək E. Məlikovun öldürüldüyünü deyib:
“Bir nəfər gəldi, üzü bağlı idi. Mənə Etibarın şəhid olduğu xəbərini gətirmişdi. Mən də geri qayıtmayacam”, – məlumata görə, E. Məlikovun həyat yoldaşı telefon danışığında bunları deyib.
Qeyd edək ki, əslən Kəlbəcər rayonundan olan İsmayıllı sakini Rəşad Baxşəliyev bu ilin avqust ayında Suriyaya gedərək İŞİD terror qruplaşmasına qoşulub. Onun peşəkar güləşçi olduğu deyilir. R. Baxşəliyev oktyabr ayının əvvəllərində döyüşlərdə öldürülüb. O, Suriyaya həyat yoldaşı və körpəsi ilə getmişdi. Məlumatlara görə, azərbaycanlı güləşçi özü ilə birlikdə İŞİD-ə qoşulmaq məqsədilə iki vəhhabi ailəsini də aparmışdı. Gedənlərdən birinin də İsmayıllıda bərbər işləyən Rahid adlı şəxsin olduğu deyilir. Hər iki şəxs ailələri ilə birlikdə getmişdi. (publika.az)
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər