BolgeXeber.Com » Gündəm » Xəzər rayon Qaz İdarəsi vətəndaşı sayğacsız qoyub

Xəzər rayon Qaz İdarəsi vətəndaşı sayğacsız qoyub

23-10-2014, 02:50
Oxunub: 20 204 İdarənin əməkdaşı şikayətçinin pulunu mənimsəyib

Bu gün dövlət qurumlarının əksəriyyəti vətəndaşlara normal xidmət göstərə bilmir. Vətəndaşları aldadırlar, süründürməçiliyə məruz qoyurlar. Bir sözlə, vətəndaşların hüquqlarını pozurlar. Belə qanun pozuntuları getdikcə daha da çoxalır və vətəndaşların haqlı narazılığına səbəb olur. Müvafiq qurumlara müraciət etsələr də, heç bir nəticəsi olmur. Vətəndaşların ən çox narazılıq etdiyi qurumlardan biri də Xəzər rayonu Qaz İstismar İdarəsidir.

Belə ki, redaksiyamıza Xəzər rayonu Buzovna qəsəbəsi İzmir küçəsi, ev 7 ünvanında yaşayan Sahib Yaqubov tərəfindən şikayət daxil olub. Yaqubov şikayətində bildirir ki, bir ay bundan öncə Xəzər rayon Qaz İstismar İdarəsinin işçiləri İzmir küçəsi ev 7-yə qaz sayğaçı qoymaq üçün baxış keçiriblər. Sözügedən qurumdan İlqar adlı şəxs Sahib Yaqubovdan 200 manat pul alaraq bir-iki günə qaz sayğacının quraşdırılacağını bildirib. Lakin bu məsələnin üstündən artıq bir neçə ay keçməsinə baxmayaraq, hələ də sayğac qoyulmayıb. Vətəndaş bizə yazaraq bildirir ki, dəfələrələ idarəyə zəng vurub lakin idarə rəisini yerində tapa bilməyib. Hətta bir neçə dəfə rəisin qəbuluna düşmək üçün sözügedən quruma getməsinə baxmayaraq, yenə də rəislə görüşmək imkanı olmayıb. Qaz sayğacının nə zaman quraşdırılacağı ilə maraqlanıb. Lakin idarədə Şükür adlı şəxs əvvəlcə problemi yoluna qoyarıq deyib. Sonradan isə bildirib ki, mənim əlimdən heç nə gəlmir. Hətta kobud rəftar edərək Sahib Yaqubova bildirib ki, get hara istəyirsən şikayət et. Şikayətçi Yaqubov isə bildirir ki, quraşdırmırlarsa, gətirib pulumu qaytarsınlar. Təkcə mən deyiləm, qəsəbədə bir çox adam sayğac qoymaq üçün bu qədər pul veriblər. Sizin qəzetiniz vasitəsilə lazımi qurumlara səslənirəm ki, məsələni yoluna qoysunlar. Əks halda məsələni yuxarı orqanlara qədər gedib çıxaracağam".

Vətəndaşın şikayətini araşdırmaq üçün Xəzər Rayonu Qaz İstismar İdarəsi ilə əlaqə saxladıq. Lakin zəngimizə cavab verən olmadı.

Qeyd edək ki, qaz sayğaclarının quraşdırılması üçün rüsum nəzərdə tutulur. Lakin vəətndaşdan bu qədər pulu alıb əvəzində isə qaz sayğacının quraşdırılmaması qanunaziddir.

Sayğaca görə sakinlərdən bu qədər pulun tələb edilməsi biabırçılıqdır. Ümid edirik ki, tez bir zamanda vətəndaşın problemi həllini tapacaq. Əks halda vətəndaş yuxarı orqanlara müraciət edəcəyini bildirir.gundelik-baku