Soyuqlar və yağış başlayır
24-10-2014, 11:15
Oxunub: 4 629
Sabah axşamdan Azərbaycan ərazisində hava şəraiti kəskin dəyişəcək, havanın temperaturu 10-12 dərəcə aşağı düşəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev açıqlamasında bildirib ki, oktyabrın 25-i axşamdan, 26-da isə gün ərzində Bakı və Abşeron yarımadasında küləkli hava şəraiti müşahidə olunacaq. Oktyabrın 25-i gecəyə doğru və 26-da yağış yağacağı gözlənilir. Oktyabrın 25-dən 26-na keçən gecə küləyin sürətinin artacağı ehtimal edilir. Havanın temperaturu oktyabrın 26-da və 27-də gündüz saatlarında 8-12 dərəcə isti olacaq.
Azərbaycanın bölgələrində isə oktyabrın 25-i günün ikinci yarısından şimal və qərb rayonlarından başlayaraq yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Aran rayonlarında havanın temperaturu 9-14 dərəcə, dağlıq ərazilərdə isə 1-6 dərəcə isti olacaq.
Bu gün ölkə ərazisində havanın temperaturunun 17-22 dərəcə isti olacağı gözlənilirsə, artıq oktyabrın 27-də temperatur 8-12 dərəcəyə düşəcək. Buna əsasən də havanın temperaturu bu günlərlə müqayisədə 10-12 dərəcə düşəcək.
Ölkə ərazisində qeyri-sabit hava şəraiti yaxın 3 gün ərzində - oktyabrın 25-i axşam, 26-sı və 27-də davam edəcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər