BolgeXeber.Com » Gündəm » Sumqayıtda “Betonzavod” ərazisində partlayış baş verib, xəsarət alan var

Sumqayıtda “Betonzavod” ərazisində partlayış baş verib, xəsarət alan var

24-10-2014, 16:00
Oxunub: 3 288 Sumqayıt şəhəri “Betonzavod” adlandırılan ərazidə evdə təbii qazın sızmasından ani partlayış baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 23-də saat 08 radələrində Gülnarə Ələkbərovanın Sumqayıt şəhəri “Betonzavod” adlandırılan ərazisindəki evində təbii qazın sızmasından ani partlayış baş verib. Nəticədə evin pəncərə şüşələri sınıb, yanıq xəsarəti almış G.Ələkbərova xəstəxanaya yerləşdirilib.