Astroloji proqnoz — 25 oktyabr
25-10-2014, 08:45
Oxunub: 2 721
QOÇ - Dualarınızın sayını artırın, ziyarətgahlara gedin
Çalışın ki, Tanrıya zidd olan hərəkətlərə yol verməyəsiniz. Belə etsəniz, ağrı-acılarınız da sovuşub gedəcək. Uzaq yola çıxmayın.
BUĞA - Çox maraqlı bir gün yaşayacaqsınız. Bir tərəfdən hadisələrin zövqünüzlə uyğunlaşması, digər tərəfdənsə maraqlı insanlarla rastlaşmağınız ovqatınızı yüksəldəcək.
ƏKİZLƏR - Yeni görüşlər üçün səmərəli vaxtdır. Yaxşı olar ki, əvvəlcədən təyin edilmiş işgüzar sövdələşmələri təxirə salmayasınız. Məhəbbətdə səmimi olun və kənar təsirlərə baş qoşmayın.
XƏRÇƏNG - Bir qədər təzadlı məqamlar yaşayacağınız gözlənilir. Buna baxmayaraq, yeni işgüzar əlaqələrə başlamağınız daxili nikbinliyinizi artıracaq. Təcrübəli adamlardan yararlanın.
ŞİR - Yaxşı olar ki, ixtiyarınızda olan bu təqvimdə özünüzü çox da üzməyəsiniz. Əks təqdirdə səhhətinizlə bağlı xoşagəlməzliklər mümkündür. İstənilən mübahisədən uzaq olun. Əsasən istirahət edin.
QIZ - Astroloji göstəricilər gün ərzində səhhətinizlə bağlı problemlərin artacağını bildirir. Yaxşı olar ki, fiziki işləri təxirə salıb istirahətə üstünlük verəsiniz. Ac qalmayın.
TƏRƏZİ - Qeyri-adi heç nə gözlənilməsə də, gününüzü maraqlı etmək üçün canfəşanlığınızı artırmalısınız. Darıxdığınız adamların əhatəsində olun. Keçmiş problemlərdən danışıb özünüzü yormayın.
ƏQRƏB - Deyirlər insanın hər şeydən əli üzüləndə məhəbbət budağından yapışır. Ulduzlar da bu təqvim üçün sizə məhz həmin tövsiyələri təlqin edir. Qəlbinizi sevgisiz qoymayın, mərhəmət göstərin.
OXATAN - Bir qayda olaraq bu ərəfə şəxsi işlərinizdə əsaslı dönüş yaradır. Lakin bu, saat 14-dən sonra mümkün ola bilər. O vaxta qədərsə istənilən mübahisədən yayınmalı, ölçülü-biçili danışmalısınız.
OĞLAQ - Təxminən saat 15-ə qədər özünüzü təmkinli apara bilsəniz, gözlənilən təlatümlərdən qurtulacaqsınız. Sonrakı ərəfədə isə iki sürprizlə qarşılaşacaqsınız. Onların biri pulla bağlıdır.
SUTÖKƏN - Ola bilsin ki, çoxdan görmədiyiniz xeyirxah adamlarla rastlaşasınız. Belə olarsa, öz problemləriniz haqqında onlara danışmaq olar. Bu gün savab işlərinizin sayını artırın.
BALIQLAR - Kifayət qədər uğurlu gündür. İstər qarşılıqlı münasibətlərdə, istər perspektivli sövdələşmələrdə, istərsə də maliyyə uğurlarına yetişməkdə ulduzlar sizə yaxından yardımçı olacaq.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər