BolgeXeber.Com » Gündəm » ETSN-in departament rəhbəri sahibkarları necə incidir

ETSN-in departament rəhbəri sahibkarları necə incidir

25-10-2014, 17:45
Oxunub: 3 112 Vaqif Cavadov bir neçə şirkəti on minlərlə manat xərcə salıb



Respublikamızda sahibkarlıq fəaliyyəti ilə məşğul olan bəzi şirkətlərin fəaliyyətinə elə ayrı-ayrı məmurlar, vəzifəli şəxslər problemlər yaradırlar. Təəssüf ki, bəzi podratçı şirkətlərin bu və ya digər dövlət orqanlarının rəsmiləri tərəfindən aldadılmaları, haqsızlığa məruz qalmaları hallarına hələ də rast gəlinir. Buc cür haqsızlıqlara məruz qalmış qurumlardan biri də "Bak Terminal Komp LTD" tikinti şirkətidir.

Həmin şirkətin rəhbəri Seyidağa Mirzəyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin rəhbəri Vaqif Cavadov tərəfindən aldadılıb. Şirkət rəhbəri sözügedən məmurun özünə qarşı bir sıra hərəkətlərinin ona baha başa gəlməsindən şikayətlənir. Məsələ burasındadır ki, öz fəaliyyəti ilə seçilən "Bak Terminal Komp LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət sifarişli layihələrin tikintisini həyata keçirir. 2002-ci ildən fəaliyyət göstərən bu şirkət paytaxtda və respublikamızın ayrı-ayrı bölgələrində bir sıra layihələri həyata keçirib. Amma Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament rəhbəri iş adamını aldadaraq ona külli miqdarda ziyana salıb. Nazirliyin rəsmisi - Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin rəhbəri Vaqif Cavadov Seyidağa Mirzəyevi 365 min manatdan artıq xərcə salıb.

"Bak Terminal Komp LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin rəhbəri Vaqif Cavadovun sifarişi ilə Şabran rayonunda Şahdağ Milli Parkının inzibati binasını inşa edib. Həmin vaxt ərazidə bir yarımçıq bina da var imiş. Deyilənə görə, o, heç inzibati binadan geri qalmırmış. Onu müfəttiş bina adlandırırdılar. Vaqif Cavadov bildirib ki, həmin binada heç bir təmir işi aparılmayacaq. Çünki onun təmiri başqasına verilib. Lakin həmin iş icraçısının da pulunun ödənilmədiyi bildirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin rəhbəri "Bak Terminal Komp LTD" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına pulu köçürüb. Görülən işləri "Forma-2"-ə salıb. Həmin pulu da şirkətin rəhbərindən alıb. Vaqif Cavadov şirkət rəhbərinə deyib ki, bu işi sən görməmisən. Lakin nazirliyin departament rəhbəri həmin binanı da şikrətə yüksək səviyyədə, ideal şəkildə təmir etdirərək "Bak Terminal Komp LTD" Məhdud Məsuliyyətli Cəmiyyətini bir neçə min manat xərcə salıb. Həmin bu işlərə ən azı 65 min manat xərc çəkilib. Şirkət yeni tikdiyi binadan geri qalmasın deyə, köməkçi binanı da müasir vəziyyətə salıb. Lakin görülən işlərə baxmayaraq, "Bak Terminal Komp LTD" tikinti şirkəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin rəhbərindən sifariş etdiyi inşaat işlərinin pullarının hamısını ala bilməyib. Şirkət Şabranda bir neçə əvvəldən nəzərdə tutulmayan işləri görüb, həmin kompleksə çox gözəl giriş qapısı tikib. Habelə onun yanında növbətçi, nəzarətçi otaqlarını inşa edib. Həmin giriş qapısını Şamaxı rayonunda tikiləcək giriş qapısıyla əvəzləyib.

Nazirliyin departament rəhbəri layihəni müvafiq qurumdan alıb iş icraçısına verir, amma sonradan nəzərdə tutulan binaları istədiyi formada tikdirməklə şirkətləri bir neçə min manat xərcə salır. Həmin tikinti işlərinin xərci məsələləri isə iş icraçısının öhdəsində qalır. Sifarişçi isə maraqlanmır ki, bu işlərin xərci nə qədərdir, neçə min manata başa gəlir. Departament rəhbəri binaları istədikləri vaxt sökdürür, istədikləri vaxtda da inşa etdirir. Amma buna çəkilən xərcləri - fəhlələrin əmək haqlarını, materialların pullarını nəzərə almır. Bir sözlə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin rəhbəri Vaqif Cavadov sahibkarları külli miqdarda xərcə salır.gundelik-baku