Bakıdakı məşhur avtoşun atası danışdı - FOTO
27-10-2014, 09:15
Oxunub: 4 641
“Hal-Hazırda Rauf bolgələrin birində hərbi xidmətdədir”
Bir neçə gündür ki, sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilən “90 MP 090” dövlət nömrə nişanlı maşının sahibi Rauf Hüseynovun atası danışıb.
Bolgexeber.com-un məlumatına görə, Raufun atası Ramiz Hüseynov “qafqazinfo” ilə əlaqə saxlayaraq məsələyə aydınlıq gətirib.
Atası bildirib ki, bu şəkillər və şəkillərdə olan avtomobillər oğlu Raufa məxsus olub. Ramiz Hüseynov məsələ ilə bağlı ailəsinin narahatçılığnı dilə gətirib, övladlarının bu görüntülərinin yayılmasına görə şad olmadığını bildirib:
“Təxminən bir il əvvəl bu şəkilləri görmüşdüm. Hətta bu müzakirələr açılmamışdan öncə oğlumu ciddi tənbeh etmişəm. Oğlumu İnstitutu bitirdikdən sonra hərbi xidmətə yola salmışam. Hal-Hazırda Rauf bolgələrin birində hərbi xidmətdədir. Bu kimi həyatdan tam olaraq uzaqdadır. Qayıtdıqdan sonra da bu həyatdan uzaq olacaq.
Bu şəkilər o tələbə olarkən çəkilib. Bu fəxr olunası bir hal deyil. Mən özümün və ailəmin adından bütün oxuculardan və xalqdan üzr istəyirəm. Biz o şərhlərdə yazıldığı kimi etikadan kənar hərəkətlərə yolverən bir ailə deyilik. Biz ölkəni sevən, onun qanunlarına tabe olan bir ailəyik. Oğlum cavan olub, böyük səhv edib. Bu səhvinə görə onu tənbeh etmişəm, cəzalandırmışam. Fotolarda görüntülənən maşınlar eyni vaxta bizim ailədə olmayıb. Bu maşınlar müxtəlif vaxtlarda alınıb, satılıb. İndi bu avtomobillər bizdə yoxdur.
***
Oğlumun adından sosial şəbəkələrdə profillər açılır, xahiş edirəm bu kimi səhifə və profillərə inanmayın. O hərbi ximətdədir və internetə çıxışı yoxdur”.
Sumqayıt məhkəməsinin sədrinin qardaşı oğlu, 23 yaşlı Rauf Xəzər Universitetində təhsil alıb və hazırda hərbi xidmətdədir
Mərdəkanda bahalı maşını ilə avtoşluq edərək gündəmə gələn Rauf adlı gəncin dəbdəbəli həyatını əks etdirən fotolar dünəndən mediada yayımlansa da, hələ də onun kimliyi ilə bağlı dəqiq məlumat yayımlanmayıb.
Maraqlıdır ki, Rauf avtoşluğu ilə medianın gündəminə tez-tez gələn digər vəzifəli şəxslərin övladlarından fərqli olaraq, cazibədar qızlarla olan fotoları ilə diqqəti üzərinə çəkib. Demək olar ki, dünəndən sosial şəbəkələrin əsas müzakirə mövzusu Raufun "90 MP 090" dövlət nömrə nişanlı maşınını reklam edən qızlardır.
“Qafqazinfo” isə Raufun atasının kimliyini öyrənə bilib. Məlum olub ki, Rauf Hüseynov iş adamı Ramiz Hüseynovun oğludur. 23 yaşlı Rauf Xəzər Universitetində təhsil alıb və hazırda hərbi xidmətdədir.
Həmçinin qeyd edək ki, Raufun əmisinin isə Sumqayıt Şəhər Məhkəməsinin sədri Zeyqəm Hüseynov olduğu deyilir.




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər