Ukraynada seçkiləri Qərbin adamları udur
27-10-2014, 11:10
Oxunub: 2 561
Ukraynada oktyabrın 26-da keçirilmiş Ali Radaya növbədənkənar seçkilərin ilkin nəticələri artıq bəllidir. Ölkədə 35 milyondan artıq seçici qeydə alınıb.
Keçirilmiş “exit-poll”un nəticələrinə görə, Radaya 7 partiya keçə biləcək: "Petro Poroşenko bloku" 23 faiz səslə liderdir, ikinci yerdə 21,3 faiz səslə "Xalq Cəbhəsi"dir.
Ukrayna Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Donetsk vilayətinin 21 seçki dairəsindən 9-da, Luqansk vilayətinin isə 11 seçki dairəsindən 6-da seçkilər keçirilməyib. Ukraynanın şərqində 3 milyona yaxın, Krımda isə 1,8 milyon seçici səs vermək imkanı əldə edib.
Seçki günü Ukrayna prezidenti P.Poroşenko Donbasa səfər edib. O, Donetsk vilayətinin separatçılardan təmizlənmiş Kramatorsk şəhərində seçki məntəqəsində olub.
"Exit poll"lar göstərir ki, Ukraynadakı parlament seçkilərində qələbəni qərbyönümlü partiyalar qazanır. O cümlədən prezident "Poroşenko bloku"nun ən çox mandat qazanacağı gözlənir. Baş nazir Arseny Yatsenyukun Xalq Cəbhəsi Partiyasının ikinci yeri tutacağı gözlənilir. Kommunistlər ilk dəfə olaraq parlamentə düşməyə bilər.
"Exit-poll"ar onu da göstərir ki, keçmiş prezident Yanukoviçin Regionlar Partiyasının qoşulduğu "Müxalifət bloku" 5 faizlik barajı keçə biləcək.
Parlamentə daha bir neçə qərbyönümlü partiya düşəcək. O cümlədən ultra-millətçi Oleh Lyaşkonun Radikal Partiyası və Yuliya Timoşenkonun "Batkivşina"sı..
Məntəqələr bağlanmamışdan 4 saat əvvələcən seçkidə seçicilərin 40 faizi iştirak etmişdi. İlkin rəsmi nəticələribu gün bilinəcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər