Ziya Məmmədovun mətbuat katibi mətbuatı saya salmır
29-10-2014, 14:10
Oxunub: 3 217
Suallar çoxdur, cavab yox...
Bolgexeber.com bildirir ki,media forum” saytı bir aydan çoxdur Nəqliyyat Nazirliyindən adi suala cavab ala bilmir. Səbəb çox sadədir: nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənovu tapmaq mürəkkəb işə dönüb.Saytın əməkdaşı sentyabrın 23-də nazirliyə yazılı sorğu ilə müraciət edərək belə bir suala cavab istəyib:
- Gələn il keçiriləcək Avropa Olimpiya Oyunlarına görə paytaxtın nəqliyyat infrastrukturunda hansı yeniliklər gözlənir? Avropa Olimpiya Oyunlarına qədər paytaxta yeni avtobusların gətirilməsi, yeni marşrut xətlərinin açılması gözlənirmi?
“İnformasiya əldə etmək haqqında qanun”un 24-cü maddəsinə görə, informasiya sorğusuna 7 iş günündən gec olmayaraq cavab verilməlidir.
Sentyabrın 23-dən bəri 23 iş günü olub. Yəni qanunun müəyyən etdiyi 7 gün vaxtdan 16 gün çox. Amma Nəqliyyat Nazirliyi 23 gündə sorğuya heç bir cavab verməyib. Saytın əməkdaşı nə vaxt Nəqliyyat Nazirliyini arayır, ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənovun işdə olmadığı cavabını alır. Bildirirlər ki, suallara yalnız Namiq Həsənov cavab verə bilər, başqa heç kimin bu səlahiyyəti yoxdur.
Namiq Həsənov isə, 012 431 74 37 nömrəli telefondan deyilənə görə, iş yerində yoxdur. Sentyabrın 23-dən bəri, 16 iş günü ərzində...
Namiq Həsənovun 050-223-60-36 nömrəli mobil telefonu da susur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər