Gədəbəydəki Yenikənd orta məktəbinin acınacaqlı durumu... - FOTOLAR
30-10-2014, 17:50
Oxunub: 2 490
Məktəb yolunun üzərində sahibkar qanunsuz mağaza tikib; aidiyyatı orqanlara edilən müraciətlər isə cavabsız qalır
Gədəbəy sakinləri ciddi problemlə üzləşiblər. Belə ki, rayonun Yenikənd kəndində şəhid Bilal Qəhrəmanovun adını daşıyan orta məktəbin yolu xırda sahibkarlıqla məşğul olan Məmmədov Ülvi Mikayıl oğlu tərəfindən mənimsənilib. Bu səbəbdən də, şagirdlərin məktəbə getmələrində çətinlik yaranıb.Kənd sakinlərinin bildirdiklərinə görə, dəfələrlə bununla bağlı rayonun İcra Hakimiyyətinə və başqa aidiyyatı orqanlarına müraciət olunsa da, nəticəsiz qalıb: “Məmmədov Ülvi pul gücünə şikayətlərin qarşısını alır və insanların etirazını susdurur”.
Məmmədov Ülvi məktəb yolunun üstündə maqazin tikdirib. Sakinlər buna etiraz etsələr də, o, məhəl qoymayıb. Onsuz da bərbad vəziyyətdə olan məktəb yolunun təhsil müəssisəsi ilə əlaqəsi tamam kəsilib. Xüsusilə də, qış aylarında vəziyyət daha acınacaqlı hala gəlir.
Bundan əlavə, kənd sakinləri Məmmədov Ülvinin digər qanunsuz işləri barədə də şikayətlərini bildiriblər. Qeyd olunub ki, o, qanunsuz olaraq, benzin satışı ilə məşğuldur. Əsas magistral yolun üzərində benzin satışı təşkil etmək üçün tikinti aparıb. Bu isə, avtomobillərin gediş-gəlişində problemlər yaradır.
Sakinlər redaksiyamıza dediklərini sübut edəcək fotolar göndəriblər.
Səslənən iddialarla bağlı rayonun aidiyyatı orqanlarının fikirlərini öyrənməyə çalışsaq da, bu, mümkün olmadı.
Qarşı tərəfin fikrilərini dərc etməyə hazırıq.
musavat.com


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər