BolgeXeber.Com » Gündəm » Tikilməkdə olan park-bulvar bərdəlilərin ən sevimli istirahət guşəsinə çevriləcək-FOTO
Tikilməkdə olan park-bulvar bərdəlilərin ən sevimli istirahət guşəsinə çevriləcək-FOTO
30-10-2014, 20:30
Oxunub: 3 603
Bərdə şəhərində, Tərtər çayının sahilində inşa edilən Heydər Əliyev adına park-bulvar ölkənin regionlarında salınmış ən böyük mədəniyyət və istirahət mərkəzlərindən biri olacaq. 40 hektar sahəni əhatə edən park-bulvarda ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılıb, milli memarlıq üslubunda giriş qapısı, idman meydançası, 1000 yerlik yay klubu, uşaq əyləncə mərkəzi, ana-uşaq kafesi, çay evi, yay kinoteatrı, inzibati bina, 6 istirahət köşkü, avtomobil dayanacağı, 16 fontan, 2 süni göl, VII əsrə aid tarixi körpünü seyr etmək üçün asma körpü inşa edilib, yaşıllıqlar salınıb.
Parkda tansformator binası tikilib, suvarma üçün subartezian quyusu qazılıb, işıqlandırılma dirəkləri quraşdırılıb. Tərtər çayının sağ sahilində süni təpə massivi yaradılıb, park-bulvarın çayın sel-sularından qorunması, həmçinin tarixi körpünün mühafizəsi üçün sahilbərkitmə işləri aparılıb.
Hazırda park-bulvarda tamamlanma işləri aparılır. Heydər Əliyev adına park-bulvar istifadəyə verildikdən sonra bərdəlilərin və şəhərin qonaqlarının ən sevimli istirahət guşəsinə çevriləcəkdir.
Bolgexeber.com



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər