Bakıda piyadaları keçiddə belə vururlar – VİDEO
31-10-2014, 12:10
Oxunub: 3 762
Bəzən piyadaları qınayırlar ki, keçiddən keçmirlər. Hətta, piyada keçidi ola-ola da ondan istifadə etmirlər. Buna görə də piyadavurmalar ümumi yol qəzalarında üstünlük təşkil edir – təxminən 38 faiz. Amma bəzən elə sürücülərə də rast gəlirik ki, piyadaları nəinki keçid olmayan yerlərdə, elə keçidin üstündə də vururlar. Çünki o sürücülərin anlayışı yoxdur ki, keçiddə piyadaya yol vermək lazımdır. Keçidə yaxınlaşakrən sürət həddini azaltmaq lazımdır.
Avtosfer.az-ın təqdim etdiyi videoda iki ayrı-ayrı qəza görüntüsü var. Birində piyadanı zebranın üstündə vuran sürücü əks olunub, digərində isə sadəcə əcəli elə piyada keçidində tamam olan piyadanın vurulması səhnəsi əks olunub. Hər halda, burada həm qismətdən, həm də qaydaları bilməyən sürücülərdən danışmağa dəyər.
Yeri gəlmişkən, piyada keçidində piyadaya yol verməməyə görə cərimə 50 manatdır. Piyadanı piyada keçidində vurmağın cəzasını isə məhkəmə verir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər