Bakı dəmir yolu vağzalı köçürüləcək
1-11-2014, 10:35
Oxunub: 4 050
Vağzalın yerləşdiyi ərazi yaşıllığın artırılması üçün istifadə ediləcək
“Böyük Bakının Regional İnkişaf Planında dəmir yolu vağzalının köçürülməsi nəzərdə tutulub”.
Bunu açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib. Onun sözlərinə görə, şəhərin mərkəzinə çoxlu sayda sərnişin və yük qatarlarının daxil olmasına ehtiyac yoxdur.
“Nəqliyyat Nazirliyi Bakı dəmir yolu vağzalının köçürülməsi ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təkliflə müraciət etsə, yeni vağzal üçün yer ayrıla bilər”.
Şöbə müdiri vurğulayıb ki, şəhərin mərkəzində iki dəmir yolu xəttinin qalması planlaşdırılır: “Həmin xətlər Bakı kəndlərinə gediş-gəlişi təmin etmək üçün nəzərdə tutulub. Dəmir yolu vağzalının yerləşdiyi ərazi yaşıllığın artırılması üçün istifadə ediləcək. Bu, həm də paytaxtın mərkəzi hissəsində səs-küyü, insanların narahatlığını aradan qaldıracaq”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər