Sumqayıtda növbəti "yaşıl soyqırım" həyəcanı
1-11-2014, 14:40
Oxunub: 2 885
Sumqayıt şəhər sakinləri ağacların qırılaraq yerində tikinti aparılacağından narahatdırlar
Sakinlərin qaynar xəttə etdikləri şikayətdə bildiriblr ki, Sumqayıt şəhər 14-cü məhəllə adlanan ərazidə, küçə 5/382 və 5 A ünvanlarında yerləşən binaların həyətlərindəki ağacları qırmaq istəyirlər.
Sakinlərin sözlərinə görə, naməlum şəxslər həyətə bir neçə maşın daş töküblər. Orada qaraj və obyektlər tikmək istəyirlər. Həmçinin o da bildirilir ki, bunun üçün həyətdə olan bir neçə ağacın kəsilməsi planlaşdırılır.
Məsələyə aydınlıq gətirmək üçün Sumqayıt şəhər İcra Hakimiyyətilə əlaqə sxladıq. İcra başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Sahib Quliyevin ans-ə bildirdi ki, məsələ barədə xəbərsizdirlər.
“Düzü bu barədə bizə heç bir məlumat verilməyib. İndi deyilən ünvana əməkdaşlarımız göndəriləcək. Məsələ araşdırılacaq”, - deyə Sahib Quliyev bildirib.
Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildridi ki, məsələ araşdırılacaq.
“Dediyiniz ünvana əməkdaşlarımız göndərəcəyik. Əgər həqiqətən də ağac kəsimi faktı varsa bunun qarşısı mütləq alınacaq. Günahkarlar barədə rəsmi şəkildə tədbirlər görüləcək”, - deyə İradə İbrahimova bildirib.
Bolgexeber.com.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər