BMT: Jurnalistlərə qarşı törədilən cinayətlərin 90 faizinin üstü açılmır
2-11-2014, 11:20
Oxunub: 3 586
Bu gün BMT-də ilk dəfə olaraq Beynəlxalq cəzasızlığa və jurnalistlərə qarşı cinayətlərə son qoyulması günü qeyd olunacaq.
BMT-nin Jurnalistlərin Mühafizəsi Komitəsinin məlumatına əsasən, 2004-2013-cü illərdə azı 370 jurnalist qətlə yetirilib. Onların ölümü bu və ya digər mənada peşə fəaliyyətləri ilə bağlı olub. Bu qətllərdən 333-ün üstü hələ də açılmayıb.
Jurnalistlərin Mühafizəsi Komitəsi, xüsusən, Ukraynada çalışan jurnalistlərin taleyinə də diqqət yetirib: “İlin əvvəlindən, ölkədə böhran başlayandan 7 jurnalist və KİV nümayəndəsi ölüb”, deyə Komitənin əməkdaşı Müzəffər Süleymanov bildirib.
Qeyd edək ki, Beynəlxalq cəzasızlığa və jurnalistlərə qarşı cinayətlərə son qoyulması gününün hər il noyabrın 2-də qeyd olunması ötən il BMT Baş Assambleyasını tərəfindən qərara alınıb. Bu tarix keçən il Malidə iki fransalı jurnalistin öldürüldüyü günə təsadüf edir. apa
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər