BolgeXeber.Com » Gündəm » Nazənin: “Təranə Qumralı ərimlə tutmuşam” - VİDEO

Nazənin: “Təranə Qumralı ərimlə tutmuşam” - VİDEO

3-11-2014, 10:25
Oxunub: 2 582 Müğənni Musa Musayevin ötən gün həmkarı Arzu Mələyin ad günündə Nazəninin prodüseri Pərvizlə dava etməsi xəbəri yayılıb

İfaçının həyat yoldaşı Təranə Qumral hadisə ilə bağlı "Bazar səhəri" verilişində danışıb. O, hadisə ilə bağlı bunları deyib:

"Nazəninlə diskdaşıyanı gəldi. Yazıblar ki, Nazəninin cangüdəni. O, cangüdəndir? Nazənin o məclisə gəlməməliydi. O, bilir ki, Musa ilə ədavəti var, bu söhbət yaxşı nəticələnməyəcəkdi. Prodüseri Pərviz Musaya söz atdı. O da durub onu vurdu. Əcəb də etdi, mən qarışmadım, sakit oturdum. İllərdir Nazənin bizimlə ədavət aparır. Nazənin bir neçə il əvvəl Musaya zəng edib ki, gəl mənlə rayona toya gedək. Təranəni aparma. Məni həmişə Musaya qısqanıb. Toylarda qabağın kəsib ağzına gələni deyir. Yalandan deyir ərim var. Yeddi dəfə ərə gedib. Gündə biri ilə ailə qurur. Sübutum da var. Bilmədiyim sözü danışmaram. Mənim evimə davanı Nazənin saldı. Musanı evinə aparıb, haqqımda yalanlar dedi. Susdum. Sonda onlar uduzdular. Musa əsəbi adamdı, onu öyrədir, fitva verirdilər. Özlərini rezin kukla kimi düzəldirlər ki, Təranə qədər gözəl olsunlar. Əməliyyatla gözəllik olmur. Haqqımda danışan barəsində elə sözlər deyəcəm ki... Mənim itirəcək heç nəyim yoxdur. Nəyəsə görə susdum, dinmədim. Çünki evimdə böyük qızım var idi. Bundan sonra susmayacam".

Efirə telefonla bağlanan Nazənin həmkarının ünvanına xoşagəlməz sözlər deyib:

"İndiyənə qədər heç bir qalmaqalda olmamışam. Mən abrıma qısılıb, danışmadıqca hamı elə bilir ki, günahkaram. Mənim vəkilim var. Bu işlə məşğul olacaq. Onun dediyi hər söz cinayətdir. Savadsız, cahil deyiləm. Musa Təranədən başqa heç kimə lazım deyil. Qardaşımın toyuna Musanı tək dəvət etmişdim. Orada ancaq kişilər idi. Düşündüm ki, Musa özünə sığışdırıb Təranəni ora aparmaz. Bütün Azərbaycan tanıyır kim kimdir. Orda mələk simasına girməsin. Əri çıxıb buna dedi ki, kişiylə tutdum. Həyat yoldaşımla Təranəni mən tutmuşam. Ərimin ailəli olmasına qaldıqda isə... Yoldaşım özü ərizə ilə məhkəməyə gedib, Təranənin sözlərinə görə şikayətin edəcək. Musa xalası qızı ilə ailəli idi, Təranə onu ayırdı. Bu nə istəyir? Özünü biabır etməyə çalışır. Təranə Musanı əlində əsir edib. Hara istəsə, o yana da fırladır. Dörd ildir boşanıblar. Ərim-ərim deyir".

T.Qumral Nazəninə "Ailəli kişi ilə nikahdasan. Ordan tərbiyyə dərsi keçmə. Ərimi sən öyrətdin, evimə dava saldın. Bütün Azərbaycanı fırlatdın, gəl Musanı da verirəm sənə. Ev-eşik görməmişdin. Yanındakına çox sağ ol de ki, indi kirayədən canın qurtarıb. Təranənin evi də, maşını da illərdir var. Ərim deyirsən. O, başqasının atasıdır. Mənim halal yoldaşım, 21 ildir yanımdadır, onu ər görmürsən? İki ildir birini keçirmisən əlinə ər deyirsən. Məhkəməyə vermək istəyirsənsə, get. Onun sənəti yoxdur ki, sənət davası çəksin" deyə cavab verib.

Musa Musayev davada burnunun sınması xəbərinin yalan olduğunu sübut etmək üçün canlı efirə çıxıb.

Qeyd edək ki, M.Musayev və Pərvizin dalaşması xəbərini publika.az saytı yaymışdı.