BolgeXeber.Com » Gündəm » Goranboydakı faciə ilə bağlı açıqlama

Goranboydakı faciə ilə bağlı açıqlama

4-11-2014, 14:30
Oxunub: 2 704 Daxili İşlər Nazirliyi Goranboy rayonunda baş verən dəhşətli intihar hadisəsi ilə bağlı məlumat yayıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə noyabrın 3-də Goranboy rayonunun Səfıkürd kəndində qeydə alınıb. Kənd sakini Afiq Hüseynov yaşadığı evinin həyətində özünü asıb. Hadisə yerinə gəlmiş onun atası Müzəffər isə infarktdan ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 1989-cu il təvəllüdlü Afiq Müzəffər oğlu Hüseynov noyabrın 3-də özünü asaraq öldürüb. Oğlunun intiharına dözə bilməyən ata - Müzəffər Hüseynov da dünyasını dəyişib. Onun ürəyi dayanıb.

Xatırladaq ki, intihar edən Afiq Hüseynovun qardaşı Rafiq Hüseynov bu ilin oktyabrın 1-də bir ailənin 7 üzvünü qətlə yetirib. Qətlə yetirilən şəxslər 1958-ci il təvəllüdlü Diləzbər Alı qızı Məmmədova, 1983-cü il təvəllüdlü Fərqanə Allahyar qızı Məmmədova, 1951-ci il təvəllüdlü Ofelya İsa qızı Məmmədova, 1963-cü il təvəllüdlü Həvayət Xanlar qızı Məmmədova, 1984-cü il təvəllüdlü Südabə Allahyar qızı Hüseynova, 1989-cu il təvəllüdlü Namiq Allahyar oğlu Məmmədov və 2011-ci il təvəllüdlü İsa Elvin oğlu Məmmədov və Günel Məmmədovadır.

Məlum hadisələrdən sonra Rafiq Hüseynovun ailəsi təhlükəsizlik məqsədi ilə rayonun digər kəndinə köçürülüb. Amma onun qardaşı Afiq Hüseynov gizli şəkildə evlərinə gedərək orada intihar edib. Atası da oğlunun yoxa çıxdığını görüb və onun evlərində olduğundan şübhələnrək ora gedib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.