BolgeXeber.Com » Gündəm » Göyçay Qaz İstismar İdarəsi müdirinin yalanları ifşa olundu – FOTOFAKT

Göyçay Qaz İstismar İdarəsi müdirinin yalanları ifşa olundu – FOTOFAKT

4-11-2014, 14:45
Oxunub: 4 236 Göyçay Qaz İstismar İdarəsindəki qanunsuzluqar və müdir Murtuz Salahovun R. Rza küçəsində tikdirdiyi obyektdə idarənin işçilərinin fəhlə kimi işlədilməsi barədə xəbər verir ki, aktual.az-da “Göyçay Qaz İstismar İdarəsindəki qanunsuzluqların ŞOK TƏFƏRRÜATI” başlıqlı yazı getmişdi. Xəbərdə, eyni zamanda, qarşı tərəf olaraq, Murtuz Salahovun da münasibəti yer almışdı. İdarə müdiri obyektlə bağlı məlumatı təkzib etmiş, yazılanların həqiqəti əks etdirmədiyini vurğulamışdı.
Göyçay Qaz İstismar İdarəsindəki mənbələrdən Aktual.az-a idarə müdirinin yalanlarını ifşa edən faktlar daxil olub. Göyçay rayon R. Rza küçəsində yerləşən obyekt, həqiqətən də, Murtuz Salahova məxsusdur. Adının çəkilməsini istəməyən rayon sakininin, Vergilər nazirliyinə yazdığı məktuba cavab olaraq bildirilib ki, Murtuz Salahova məxsus “Ticarət Mərkəzi”ndə vergidənyayınma halları və digər məsələlər barədə vətəndaşın 16.07.2014-cü il tarixli müraciəti Baş Prokurorluğun 24.07.2014-cü il tarixli məktubu ilə Vergilər Nazirliyinə daxil olub. Məktubun mətnindən də görünür ki, obyekt Murtuz Salahova məxsusdur. Müraciətin mətni ilə aşağıdakı şəkildə tanış ola bilərsiniz:
Bundan əlavə, Murtuz Salahova məxsus obyektdə Göyçay Qaz İstismar İdarəsi avtomobilinin istifadə olunmasını əks etdirən fotoşəkillər də redaksiyamıza göndərilib.
Həmin fotoları təqdim edirik:
Azəriqaz İstehsalat Birliyindən də məsələyə münasibəti öyrənəcəyik.
Hüquqşünas Mehman Muradlıdan dövlət məmurunun dövlət əmlakından şəxsi məqsədlər üçün istifadə etməsinin qanunverciliklə necə tənzimləndiyini öyrəndik. Dövlət məmuru heç bir formada dövlət əmlakından şəxsi məqsədlər üçün istifadə edə bilməz:
“Əgər belə bir hal baş verərsə, cinayət qanunvericiliyində məsuliyyət nəzərdə tutulub.
SSRİ dönəmində cinayət qanunvericiliyində, konkret olaraq, dövlət əmlakının mənimsənilməsinə görə məsuliyyət nəzərdə tutulurdu. Müstəqillik əldə ediləndən sonra qanunvericiliyimiz beynəlxalq standartlara üyğun hazırlandığına görə, dövlət əmlakından istifadə üçün müddəa çıxarılaraq, ümumilləşdirilmiş formada mənimsəmə kimi qeyd edilmişdi. Lakin qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində cinayət qanununa yeni bir
institut – Korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər
əlavə edilib.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsində bu cür qanun pozuntusu barədə məsuliyyət nəzərdə tutulub: Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə, qəsdən, zidd olaraq, istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda müəyyən sanksiyalarla cəzalandırılır”.
Mövzuya yenidən qayıdacağıq…