"Əmək, yoxsa kələk yarmarkası?" - Şikayət var...
6-11-2014, 16:10
Oxunub: 3 290
Məşğulluq Mərkəzinə üz tutan işaxtaranlar bildirlər ki, mərkəz həm hökuməti, həm də onları aldadır
Gəncə şəhər Məşğulluq Mərkəzinin bu ilin oktyabr ayının 31-də təşkil etdiyi əmək yarmarkası özünü doğrultmayıb. Bu barədə Arqument.Az-a Gəncə şəhərində keçirilən əmək yaramarkasında iştirak edən vətəndaşlar məlumat verib.
Onların sözlərinə görə, yerli televiziya və qəzetlərdə elan verilib ki, əmək yarmarkasına 400-dən artıq vakant iş yeri çıxarılacaq. Ancaq bu məsələ heç də mətbuata açıqlandığı kimi olmayıb.
Sözügedən əmək yarmarkasında iştirak edən və illərdir, Gəncə Məşğulluq Mərkəzində “işsiz-işaxtaran” kimi qeydiyyatda olan Kamran Hacıyev, Hüseyn Cəlilov və Tural Abbasov bildirir ki, təlimata uyğun olaraq, təklif olunan vakant iş yerlərindən onlar da seçim ediblər. Gəncə Məşğulluq Mərkəzi tərəfindən göndəriş kartı alaraq, müvafiq təşkilatlara yollanıblar. Lakin hər üçü getdikləri müxtəlif idarələrin kadrlar şöbəsinin əməkdaşları tərəfindən eyni cavabı alıblar: "Hələ boş yerimiz yoxdur”.
Məşğulluq Mərkəzinə üz tutan işaxtaranlar bildirlər ki, mərkəz həm hökuməti, həm də onları aldadır: “Bu, əmək yox, kələk yarmarkasıdır. Necə ola bilər, yarmarkaya boş iş yerləri çıxarılsın və bizə yerində deyilsin ki, iş yerimiz yoxdur?! İndi sadəcə olaraq, bir şeyə təəssüf edirik ki, bizi aldadıblar və biz də buna inanıb mərkəzi TV-lərə və qəzetlərə, işlə təmin olunmağımızla bağlı müsahibə vermişik!”
Gəncə şəhər Məşğulluq Mərkəzinin direktoru Abel Tağıyev isə Arqument.Az-a deyilənlərin həqiqətə uyğun olmadığını və əmək yarmarkasında iştirak edən vətəndaşların işlə təmin olunduğunu bildirib.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər