Şəmkirdə məcburi köçkünlərin evinə baqsqın: 1 milyon pul aparılıb
7-11-2014, 15:10
Oxunub: 2 452
Qadın hücuma məruz qalıb
Şəmkir rayonunda evə basqın olub. Şəmkir Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə noyabrın 7-də saat 1 radələrində məcburi köçkünlərin məskunlaşdığı yaşayış massivində baş verib.
Maska taxmış, odlu və soyuq silahlarla silahlanmış 4 nəfər 1958-ci il təvəllüdlü Hüseyn Səfərovun evinə basqın edib.
Evdən 6600 manat, 1 milyon rus rublu və xeyli qızıl-zinət əşyaları aparan silahlılar ev sahibinə, onun həyat yoldaşı, 62 yaşlı Ağgül Səfərovaya, oğlu, 32 yaşlı Ruslan Səfərova və gəlini, 23 yaşlı Röyalə Səfərovaya soyuq silahla bədən xəsarətləri yetiriblər.
Həmçinin evə qonaq gəlmiş Gədəbəy rayon sakini, 61 yaşlı Qətibə adlı qadın da hücuma məruz qalıb.
Yaralılardan 4-ü Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Silahlı basqını törədənlərin tapılması istiqamətində Şəmkir rayon Polis Şöbəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
apa
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər