«Azərfon»da ara yenə qarışdı
11-11-2014, 15:55
Oxunub: 3 263
MMC rəhbərliyi niyə «casus» axtarışına başlayıb, əməkdaşlıq etdikləri PR şirkətiylə isə əlaqələrini dərhal kəsiblər
Ötən günlərdə xəbər vermişdik ki, «Azerfon» MMC-də bir sıra hadisələr yaşanır.Müraciət ünvanlayan şirkətin əməkdaşları orada heç də yaxşı hadisələrin baş vermədiyini, rəhbərliyin işçilərlə münasibətlərini düzgün qurmadığı, bir sıra yeyinti hallarına və sui-istifadələrə yer verildiyi vurğulanırdı.
Bu günlərdə isə məlum olub ki, «Azerfon» MMC-nin rəhbərliyi mətbuatda yer alan məlumatlardan sonra əl-ayağa düşməyə başlayıb.Daxil olan bilgilərdə vurğulanır ki, şirkət rəhbərliyinin ilk işi daxildə «casus» axtarışlarına başlamaq olub. Belə ki, rəhbərlikdə dayanan şəxslər bu məlumatların necə sızmasını və bunun kimlər tərəfindən təşkil olunduğunu araşdırmağa çalışırlar. Hətta xəyali olaraq özləri üçün şirkətdə iki «düşmən» də tapıblar.
Gələn xəbərlərdə deyilir ki, «Azerfon»un rəhbərliyi bəzi şirkətlərlə də əlaqələrini kəsmək qərarına gəlib. Məsələn, uzun müddətdir əməkdaşlıq etdikləri və onların PR-nı aparan «Synerji» şirkəti ilə əməkdaşlıq tamamilə dayandırılıb. Bunun hansı səbəbdən edildiyi məlum olmasa da, ehtimal olunur ki, MMC rəhbərliyi PR şirkətinin işinin öhdəsindən gələ bilmədiyini bəhanə edərək, əslində onlardan şübhələndiyini nümayiş etdirib. Və bu şübhələrin konkret nəyə əsaslandığı isə hələlik məlum deyil.
Bu əsnada «Azerfon» MMC-nin rəhbərliyinin başqa bir iri şirkətlə də ciddi problemlərinin olduğu deyilir. İddia edilir ki, tərəflər arasında münaqişəli vəziyyətin yaranmasının bir sıra səbəbləri var. Bununla bağlı əlimizdə bəzi məlumatlar olsa da, onların dəqiqləşdirilməsi zərurəti mövcuddur. Ki, həmin dəqiqləşdirmələr də yekunlaşdıqdan sonra bu barədə geniş məlumat verəcəyik.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər