ANS deputatın qardaşını məhkəməyə verdi
11-11-2014, 16:20
Oxunub: 3 752
ANS Şirkətlər Qrupuna daxil olan “ANS-Kommers” Şirkəti "AzQTel" MMC-ni məhkəməyə verib.
1 saylı Bakı İqtisad Məhkəməsindən azvision.az-a verilən məlumata görə, ilk məhkəmə iclası hakim İlham Əhmədovun sədrliyi ilə oktyabrın 27-də keçirilib.
ANS-in "AzQTel" MMC-i hansı səbəbdən məhkəməyə verməsi açıqlanmır.
Qeyd edək ki, “AzQTel” 2005-ci ildə yaradılan Azərbaycan telekommunikasiya şirkətidir. Şirkətin rəhbəri millət vəkili Asim Mollazadənin qardaşı, Azərbaycanın ABŞ-dakı keçmiş səfiri Ceyhun Mollazadədir.
Şirkətin məhsullarından biri “Sazz 4G”-dir. “Sazz 4G” Azərbaycanda yüksək sürətli internet provayderidir. Bu xidmətdən Bakı, Sumqayıt, Xırdalan, Mingəçevir və Gəncə şəhərləri, o cümlədən Abşeron yarımadasının bəzi hissələrində istifadə etmək olar. Şirkət Azərbaycanda 4G şəbəkəsində xidmət göstərən ilk provayderdir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər