Sumqayıtda müəllimlərin maaşlarını kəsiblər
13-11-2014, 11:35
Oxunub: 2 621
Səbəb ikimi Maliyyə Nazirliyinin şəhər Təhsil Şöbəsində apardığı yoxlamalar zamanı büdcədən sərf edilən vəsaitin normadan artıq olması göstərilir
Sumqayıtda fəaliyyət göstərən orta məktəblərdə dərs deyən müəllimlərin bir qisminin əmək haqqıları gözlənilmədən azaldılıb. Bu barədə JAM.AZ-a 11 saylı orta məktəbin müəllimi Səidə Quliyeva məlumat verib.
Xanım Quliyeva rekdasiyamıza məktəbin müəllimləri adından göndərdiyi şikayətində bildirir ki, onların dərs dediyi tədris ocağı Sumqayıtda inklyuziv layihə tətbiq edilən yeganə məktəbdir. «Layihəyə cəlb olunan müəllimlərin aylıq vəzifə maaşları 200 manat təşkil etsə də, naməlum səbəblərə görə aylıq əmək haqqılar birdən-birə 50 manat aşağı salınaraq, 150 manata endirilib».
11 saylı orta məktəbin müəllimi vurğulayır ki, bunun səbəbini öyrənməyə çalışsalar da, konkret izahat verən olmayıb. «Gəzən söhbətlərə görə, buna səbəb Maliyyə Nazirliyinin Sumqayıt Şəhər Təhsil Şöbəsində apardığı yoxlamalar zamanı büdcədən sərf edilən vəsaitin normadan artıq olmasıdır. Bizə bildiriblər ki, yeni ildən etibarən kəsilən maaşlar bərpa olunacaq».
Dövlət başçısına müraciət edən müəllimlər bu məsələnin araşdırılmasını və tədbir görülməsini xahiş ediblər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər