Qocalar evinə qəbul üçün rüşvət tələb olunur – ŞOK İTTİHAM
21-11-2014, 12:35
Oxunub: 3 760
64 yaşlı xanım: “Qocalar evinə qəbul üçün məndən 1400 manat istədilər”
“Üç ildir qocalar evinə düzəlmək üçün növbədəyəm. Həmin vaxt Bilgəhdəki qocalar evinə məni qəbul etmək üçün 1400 manat pul istədilər. Mənim o qədər pulum hardadır? Hansı qocalar evinə müraciət edirəmsə, yer olmadığını deyirlər. Bəs yer yox idisə, pul verəndən sonra necə imkan olacaqdı?”
Bu sözləri publika.az-a 64 yaşlı Tahirə Yusifova deyir.
Gedəcək yeri olmadığına görə, məcburiyyətdən Azərbaycan Uşaq Birliyinin sığınacağında yerləşib. Tahirə xanımın yeganə istəyi qocalar evlərinin birində yerləşdirilməsidir.
Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə Publika.az-a açıqlamasında Tahirə xanımla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdiklərini dedi:
“Lakin müraciətimizə nə yazılı, nə də şifahi cavab verdilər. Dəfələrlə televiziyalardan da müraciət etmişik. İndi də qadına yazığım gəlir, bu yaşında o, uşaq sığınacağında yaşamaq məcburiyyətində qalıb. Müvafiq qurumlar isə artıq onunla maraqlanmır”.
T.Yusifova ilə bağlı biz də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik. Lakin nazirlik bizim də müraciətimizi cavabsız qoydu.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər