BolgeXeber.Com » Gündəm » Binəqədidə evi yanan vətəndaşın harayına çatan olmadı-Video

Binəqədidə evi yanan vətəndaşın harayına çatan olmadı-Video

2-12-2014, 14:30
Oxunub: 4 124 BTV- nin əməkdaşlarının məlumatına görə ötən gün Binəqədi rayonunda Leyla Abdullayevaya məxsus olan evdə yanğın hadisəsi qeydə alınıb.

Səhər 10 radələrində baş vermiş yanğın zamanı xoşbəxtlikdən evdə heç kəs olmasa da evə külli miqdarda ziyan dəyib. Belə ki, evdən sənədlər də daxil olmaqla heçnə xilas etmək mümkün olmayıb. Evin yandığını görən qonşular dərhal FHN-nə zəng etsələr də onların əraziyə gəlib çatması düz bir saat çəkib. Təbii ki, bir göz qırpımında şiddətlənən alovun bir saatdan sonra evi hansı vəziyyətə saldığını təsəvvür etmək heç də çətin deyil. Ev sahibi Leyla Abdullayevanın sözlərinə görə 120 kv ərazisi olan evin yanmasına səbəb qısa qapanma olduğu zənn edilir.

Hadisə zamanı vəziyyəti pisləşən ev yiyəsinin qohumları üçün təcili yardıma dəfələrlə zəng edilsə də təcili yardım əməkdaşları ünvanı eşidən kimi hər dəfə bir bəhanə ilə gəlməkdən imtina etdilər. Düzü hadisə yerində olan əməkdaşlarımızın çəkdiyi yolları gördükdən sonra haradasa haqq qazandırmaq olar lakin nəticədə söhbət insan həyatından gedir. Elə yəqin bunu nəzərə alan FHN-in əməkdaşları hadisə yerinə elə tez gəliblər ki, ev sahibinə ən azından gördüyünüz bu corablar qalıb. İki saatdan çox davam edən yanğın zamanı əraziyə bir dənə də olsun aidiyyatı qurum baş çəkməyib. Onların nə zaman əraziyə baş çəkib başsız qalmış bu ailəyə yardım edib etməyəcəyi isə sual altındadır.



Şahnaz Mehdizadə
Babək Zeynal
Anar Həsənov