BolgeXeber.Com » Gündəm » Gələcəyimiz təhlükədə, uşaqlarımız istismar edilir- ÖZƏL

Gələcəyimiz təhlükədə, uşaqlarımız istismar edilir- ÖZƏL

14-12-2014, 20:30
Oxunub: 5 115 Əməyi istismar olunan gələcəyimiz. Uşaqlarımıza sahib çıxaq.

Yeməkxanada torba daşıyan və küçələrdə dilənən usaqları yəqinki bir çoxunuz görmüsünüz. İlk öncə ağlınızdan hansı sual keçib? Niyə bu vaxtı dərs çalışmaq yerinə pul dalınca düşüb,eləmi?

Düzü ilk başda mən də elə düşündüm. Amma bir az söhbətdən sonra aydın olur ki, əslində bəziləri həqiqətən çalışmağa möhtacdır. Kimisi xəstə anaya baxır, kimisi atasızdı anasının qapılarda təmizlik etməsini qəbul edə bilmir, kimisi de acdır.

Belə olan halda haqlı olaraq bir sual da yaranır beynimdə, axı niyə dövlətə sığınmır vətəndaş. Burda məlum olur ki, yaşam savaşı verən bu vətəndaşların çoxunun dövlət imtiyazlarından xəbəri belə yoxdu. Sadəcə olaraq hüquqlarını bilmir.

İşə götürən uşaq əməyindən imtina etmir, çünki həm ucuz həm də sərfəlidir.Həm müqavilə imzalanmadığı üçün vergi ödəməkdən yayınır , həm də yüksək məvacib tələb edən biri də yoxdur qarşısında.

Düşünürəm ki, bu sahədə məlumatlandırmanın gücləndirilməsi yerinə düşər. Müxtəlif məlumat xarakterli reklam çarxları, küçələrə yapışdırılan böyük plakatlar da bizə kömək edə bilər. Hər halda uşaqlar bizim gələcəyimizdi,onları qorumaq və təhsil verib vətənçün yetişdirmək lazımdır. Küçələrdə dilənən hər oğlan uşağı bir əsgər, hər qız uşağı bir həkim və ya müəllim ola bilər.

Gələcəyimizə sahib çıxaq. Onları qoruyaq!

Raisə Ədalətqızı
Bolgexeber.com