BolgeXeber.Com » Gündəm » Milli Məclisin danışmayan, illərdi susan deputatları- SİYAHI

Milli Məclisin danışmayan, illərdi susan deputatları- SİYAHI

15-12-2014, 15:05
Oxunub: 2 853 Bu isə onu deməyə əsas verir ki, onlar mətbuatla əlaqələrini qurmayıblar .

Dövlətin idarə olunmasında 3 əsas qurumdan biri olan ölkənin qanunverici orqanı Milli Məclisdə xalqı təmsil edən 125 millət vəkili var. Altını cızaraq qeyd etməyi vacib hesab edirik ki, deputatların hər biri yalnız təmsil etdikləri seçicilərinin səsini deyil, eyni zamanda, yeri gələndə bütün xalqı təmsil edən ictimai-siyasi fiqurlardır. Onlar ən xırdasından tutmuş ən böyüyüədək milləti narahat edən, ağrıdan bütün məsələlərdə hər gün danışmağa, aktiv, fəal olmağa borculudurlar.Bu, onların həm millət vəkili, həm vətəndaş, həm də bir ictimai-siyasi xadim kimi ən ümdə borclarıdır. Mahiyyətindən söz açdığımız məsələ ilə bağlı apardığımız araşdırmanı oxuculara təqdim edirik.Hər səhər günümüzə mətbuatın səhifələrinə göz gəzdirməklə başlayırıq. Mübaliğəsiz deyə bilərik ki, medianın daha çox yer ayırdığı kəslər deputatlar sayıla bilər. Siyasi, ictimai, sosial, insan haqları, media, mədəniyyət və hətta mətbəx məsələləri ilə də bağlı deputatların fikirlərinə mətbuat nümayəndələri gen-bol yer ayırırlar. Amma danışan, səsləri hər zaman eşidilən deputatlar da var, əksinə, heç danışmayan, səsləri, ünləri eşidilməyən deputatlar da var. Hansı ki, şişirtmədən qeyd edə bilərik ki, bu millət vəkillərini yəqin ki, seçildikləri dairələrdə yaşayan seçicilərindən başqa tanıyan barmaqla sayılacaq qədər insan var. Niyə?

Birincisi, ona görə ki, susan, danışmayan deputatlar Milli Məclisin iclaslarında aparılan müzakirələrdə demək olar ki , ağızlarına su alıb otururlar, danışmırlar, passivlik nümayiş etdirirlər.

İkincisi, susan, danışmayan deputatlar parlament divarları arasında gedən müzakirələrdən başqa mətbuatla əlaqələrində də passivdirlər. Bu isə onu deməyə əsas verir ki, onlar mətbuatla əlaqələrini qurmayıblar, (bunu yaxşı mənada qura bilməyiblər də deyə bilərik – red.).

Üçüncüsü, susan, danışmayan deputatlar parlament və mətbuatın tribunasından başqa, təşkil olunan, keçirilən ictimai-siyasi müzakirələrdə, debatlarda, diskussiyalarda, fikir mübadilələrində də görünmürlər, gözə dəymirlər, onların bu toplantılarda səsləri eşidilmir. Niyə? Çox sadə bir məntiqlə cavab verək ki, çünki onlar bu tədbirlərə qatılmırlar, o polemikalarda iştirak etmirlər. Bu sözügedən məqamın üzərində indi baş sındırmadan keçək başqa mətləbə. Ona görə ki, bu məsələ başqa bir müzakirənin mövzusudur.

Dördüncüsü, susan, danışmayan deputatlar özlərini şəxsi deyil, ictimaiyyətin maraq dairəsində olan, cəmiyyətin siyasi, ictimai, sosial sifarişli problemlərindən də çox uzaqda tuturlar.

Bu xarakterli məsələlərin müzakirəsində onlar nəinki müzakirələrin aktiv iştirakçısı deyil, hətta passiv iştirakçısı timsalında belə görünmürlər. Niyə? Hesab edirik ki, bu sual cavabı axtarılan məsələlərdəndir.İndi isə dəyərli oxucularımıza danışan və danışmayan deputatlarımızın siyahısını təqdim edirik. Düşünürük ki, bəlkə bu sətirləri oxuduqdan sonra adları qeyd olunan susan, danışmayan deputatlar insafa gəlib ağızlarındakı suyu udub danışdılar.Milli Məclisin 11 komitəsində təmsil olunan hörmətli deputatlarımızın aktiv və passivlərinin adlaırnı açıqlayırıq:

Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi -Komitədə 10 deputat təmsil olunur. Onlardan sədr Əli Hüseynli, üzvlər - Qüdrət Həsənquliyev, Rövşən Rzayev, Çingiz Qənizadə, Azay Quliyev və Fəzail Ağamalıdan başqa adları yer alan deputatlar susan, danışmayan deputatlar sırasına aiddir.

Madər Musayev
Rafael Cəbrayılov
Sabir Hacıyev
Ülvi Quliyev

Təhlükəsizlik və Müdafiə Komitəsi Komitədə təmsil olunan 12 deputat təmsil olunur. Onlardan sədr Ziyafət Əsgərov, üzvlər - Adil Əliyev, Aqil Abbas, Aydın Mirzəzadə, Bəxtiyar Sadıqov, Siyavuş Novruzov,Fərəc Quliyev, Elman Məmmədov, Zahid Orucdan başqa adları yer alan deputatlar susan, danışmayan deputatlar sırasına aiddir.

Hacı Salayev
Xanlar Fətiyev
Əliağa Hüseynov

Təbii Ehtiyyatlar, Energetika və Ekologiya Komitəsi Komitədə təmsil olunan 10 deputat təmsil olunur. Onlardan sədr Valeh Ələsgərov, üzvlər - Elton Məmmədov, Fuad Muradov,Hüseynbala Mirələmov, Rövnəq Abdullayev, Etibar Hüseynovdan başqa adları yer alan deputatlar susan, danışmayan deputatlar sırasına aiddir.

Fərhad Qəribov
Malik Həsənov
Mirkazım Kazımov
Muxtar Babayev

Yeri gəlmişkən qeyd edək ki, bu komitədə sədr də daxil olmaqla hətta adını aktiv göstərdiyimiz deputatlar da bir çox hallarda passiv görünürlər.

İqtisadi Siyasət Komitəsi Komitədə təmsil olunan 14 deputat təmsil olunur. Onlardan 3 millət vəkili – sədr Ziyad Səmədzadə, üzvlər - Vahid Əhmədov, Səttar Möhbalıyev, İlham Əliyev, Arif Alışanov, Əli Məsimlidən başqa adları yer alan deputatlar susan, danışmayan deputatlar sırasına aiddir.

Aslan Cəfərov
Ayaz Orucov
Ağalar Vəliyev
Cavid Qurbanov
Rüfət Quliyev
Xanhüseyn Kazımlı
Çingiz Əsədullayev
Əsabil Qasımov

Aqrar Siyasət Komitəsi Bu komitədəki deputatlar demək olar ki, susan, danışmayan deputatlar sırasına aiddir.

Arif Əşrəfov
Mahir Aslanov
Nazim Fərəcov
Tahir Süleymanov
İqbal Məmmədov
Ərəstun Cavadov

Sosial Siyasət Komitəsi Komitədə 10 deputat təmsil olunur. Onlardan millət vəkilləri – sədr Hadı Rəcəbli, üzvlər - Elmira Axundova, Rauf Əliyev, Məlahət İbrahimqızı, Musa Quliyev, Yaqub Mahmudov, Sədaqət Vəliyevadan başqa adları yer alan deputatlar susan, danışmayan deputatlar sırasına aiddir.

Sevinc Hüseynova
İlham Məmmədov
Əhliman Əmiraslanov

Regional Məsələlər Komitəsi Komitədə 8 deputat təmsil olunur. Onlardan vəkilləri – sədr Arif Rəhimzadə, üzv - Fəttah Heydərov, Tahir Rzayev, Azər Badamov, Fəzail İbrahimlidən başqa adları yer alan deputatlar susan, danışmayan deputatlar sırasına aiddir.Amma qeyd etmək istəyirik ki, adlarını çəkdiyimiz bu 2 millət vəkili də bir çox hallarda passivlik nümayiş etdirirlər.

Mixail Zabelin
Qalib Salahzadə
Rüstəm Xəlilov

Elm və Təhsil Komitəsi Komitədə 13 deputat təmsil olunur. Onlardan - sədr Şəmsəddin Hacıyev, üzvlər - Abel Məhərrəmov, Musa Qasımlı, Kamilə Əliyeva, Gövhər Baxışəliyeva, Bəxtiyar Əliyevdən başqa adları yer alan deputatlar susan, danışmayan deputatlar sırasına aiddir.

Aqiyə Naxçıvanlı
Asəf Hacıyev
Ağacan Abıyev
Gülçöhrə Məmmədova
Rafiq Məmmədhəsənov
İsa Həbibbəyli
Əhməd Vəliyev

Mədəniyyət Komitəsi Komitədə 7 deputat təmsil olunur. Onlardan 2 millət vəkili – sədr Nizami Cəfərov, üzv - Rafael Hüseynov, Jalə Əliyevadan başqa adları yer alan deputatlar susan, danışmayan deputatlar sırasına aiddir.

Leyla Abdullayeva
Sahibə Qafarova
Zeynəb Xanlarova
İmamverdi İsmayılov

Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsi Komitədə 13 deputat təmsil olunur. Onlardan sədr Səməd Seyidov, üzvlər - Mehriban Əliyeva, Asim Mollazadə, Aydın Abbasov, Qənirə Paşayeva, Ceyhun Osmanlı, Rasim Musabəyov, Cavanşir Feyziyev, Sahib Alıyev, Sabir Rüstəmxanlıdan başqa adları yer alan deputatlar susan, danışmayan deputatlar sırasına aiddir.

Azər Kərimli
Elxan Süleymanov
Sevinc Fətəliyeva

İnsan Hüquqları Komitəsi Komitədə 11 deputat təmsil olunur. Onlardan Rəbiyyət Aslanova, üzvlər - Fazil Mustafa, İlyas İsmayılov, Yevda Abramov, Aytən Mustafayeva, Flora Qasımova, İqbal Ağazadədən başqa adları yer alan deputatlar susan, danışmayan deputatlar sırasına aiddir.

Astan Şahverdiyev
Cavanşir Paşazadə
İsmayıl Hacıyev
Azxeber.com