SOCAR-dan fantastik təzminat tələbi: 2 milyon 500 min manat
15-12-2014, 16:30
Oxunub: 2 073
SOCAR-dan jurnalistə qarşı fantastik təzminat tələbi:
Sabah saat 11.20-də “Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgərin məhkəməsidir. Bu barədə Avrasiya.net-ə məlumat verən Aqil Ələsgərin sözlərinə görə, “sabah Azərbaycan Dövlət Neft Şirkətinin mənə qarşı qaldırdığı işgüzar nüfuza vurulmuş ziyanın ödənilməsinə dair iddia ərizəsinə baxış olacaq.
Bu barədə mənə heç bir bildiriş gəlmədiyi üçün bu gün özüm Səbael məhkəməsinə gedərək, bildirişi aldım. Məhkəmə mənim qeydiyyatda olduğum ünvana məktubun çatmadığını da bildirdi. Lakin mənim iştirakım olmadan oktyabrın 24-dən bəri keçirilən iclaslarla bağlı sabah cavab almağa çalışacağam”.“Yeni Çağ” qəzetinin baş redaktoru bildirdi ki, SOCAR ondan fantastik məbləğdə təzminat istəyir: “ARDNŞ məndən 2 milyon 500 min manat təzminat tələb edir.
500 min mənim şəxsimdən, 2 milyon manat isə sahibi olduğum qəzetdən, yəni yenə məndən istəyir. Məsələ burasındadır ki, iddianamə Neft Şirkətinin adından yazılsa da, etiraz edilən heç bir nüans SOCAR-la birbaşa bağlı deyil və həmin cümlələr Fətullah Gülən, Xalik Məmmədov, oğlu Kənan Məmmədov, Elnur Aslanov, Çağ Öyrətimin rəhbərliyi və nə qədər qəribə də olsa, Rəsul Quliyevlə bağlıdır.
Yəni, bu məntiqlə, SOCAR məndən Rəsul Quliyevi Gülənin simpatizanı adlandırmağım üçün cəzalandırılmağımı tələb edir. Hesab edirəm ki, bu SOCAR daxilindəki gülənçi şəbəkənin məni susdurmaq üçün növbəti oyunudur. Çünki mən şəxsən SOCAR-ın işgüzar nüfuzuna heç vaxt zərbə vurmamışam və bu niyyətdə də olmamışam. Əslində SOCAR rəhbərliyi qurumun daxilində illərdən bəri mövcud olan bu şəbəkəni ifşa etdiyimə görə, mənə təşəkkür etməlidirlər.
Bu gün Türkiyədə yaşananların Azərbaycanda yaşanmaması üçün, gənclərimizin Heydər Əliyev kimi bir şəxsiyyət varkən, Pensilvaniyadakı qaranlıq şəxsin arxasından getməməsi üçün bu mübarizəni aparırıq. Düşünürəm ki, SOCAR rəhbərliyi Xalik Məmmədova görə, məni məhkəməyə vermək əvəzinə, daxilində təmizlik işləri aparsa, vətənə və dövlətə daha ciddi xeyir verər. Çünki qanqrenin başladığı yer kəsilməsə, bütün vücuda yayılacaqdır”.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər