BolgeXeber.Com » Gündəm » Binəqədi sakini 12 ildi ev ala bilmir - VİDEO

Binəqədi sakini 12 ildi ev ala bilmir - VİDEO

24-12-2014, 12:00
Oxunub: 3 347 Şikayətçi 2-ci qrup əlildir.

Binəqədi rayon sakini Haciəli Zülfü evin pulunu ödəyib ancaq evini almaq ona nəsib olmayıb.Belə ki,şikayətçi deyir ki, o 1992-ci ildə 3 otaqlı mənzilin pulunu 125 min rubl pul odəyib ki, bir ev-eşiyə sahib olsun. Ancaq aidiyyati qurumlar onun bu arzusunu ürəyində qoyublar.

Şikayətçinin sözlərinə görə 1992-ci ildə Yeni Yasamalda Ant sirkətlər qrupu çoxmərtəbəli bina tikintisinə başlayıblar...Həmin vaxt Haciəli bəy də oradan ev almaq üçün 125 min rubl pul ödəyib.Müxtəlif səbəblərdən bir müddət tikintini dayandırmalı olublar. Elə həmin vaxtda Haciəli bəy xəstə olduğu üçün növbəyə gələ bilməyib.Bunun üçün də onun adını siyahıdan çıxarıblar.


Bildirək ki,şikayətçi 2-ci qrup əlildir.O,nə az nə çox düz 31 il yol polis işçisi olub və dövlət üçün qulluq edib.

Haciəli bəyin məsələ ilə bağlı şikayət etmədiyi yer qalmayıb.Ancaq hələ ki heç bir aidiyyatı qurum ona evinə qovuşmaq üçün şərait yaratmayıb.

Ümid edirik ki,aidiyyatı qurumlar tezliklə bu ahıl şəxsin səsinə səs verəcəklər.




Bolgexeber.com