BolgeXeber.Com » Gündəm » Xəzər rayonunda yaşayan Musayevlər ailəsi fəryad etdi

Xəzər rayonunda yaşayan Musayevlər ailəsi fəryad etdi

24-12-2014, 12:30
Oxunub: 4 116 “Vətənin əsgər oğullara ehtiyacı var .”

Aşağıdakı videodan göründüyü kimi bu ailə Xəzər rayonunda yaşayan Musayevlər ailəsidir...Onlar düz 16 ildir ki,rahatcılıq nədi bilmirlər...Gecələrini gündüzlərinə qatıb,canlarından bir parça olan xəstə övladlarını böyütməyə çalışırlar...Onların övladları 1-ci qrup anadangəlmə əlildir və beyin iflicindən əziyyət çəkir. Xəstənin atasi Musayev Xanağa özü də 2ci qrup əlildir.

Xanaga müəllim deyir ki, “övladımın hər gün bu halını görmək bir ata kimi mənim ürəyimi sızladır.Mən də istəyirəm ki,ovladım sağalsın,sağlam olsun...Bunun üçün isə maddi imkanım yoxdur.Dəfələrlə yardım üçün aidiyyatı orqanlara müraciət etdim.Ancaq səsimə səs verən tapılmadı”. Xanağa Musayev “Ümid ən son ölür”deyib,imkanları şəxslərdən yardım istədi. Ürəyindəki dərdi gözlərindən oxunan ana Yeganə Musayeva da deyir ki, “əgər övladım saglam olsaydı bir ildən sonra onu əskər yola salacaqdım.

Vətənin əsgər oğullara ehtiyacı var.Ona görə də balama yardım etsinlər ki, o da sağlam,vətənə yararlı bir oğul olsun! Hər halda Gözü yaşlı bu valideyinlərin üzünü güldürmək elə də çətin deyil.Həm asandı həm də savab.Ümid edək ki,aidiyyatı qurumlar çarəsiz qalmış bu valideyinlərdən yardimlarını əsirgəmiyəcəklər. Aytən Yaşar Rüfət Fərəczadə Ayət Şükürlü