“Beynəlxalq Sığorta” vətəndaşın təzminatını ödəmir
25-12-2014, 10:00
Oxunub: 4 383
“Mənim adımın müqavilədə yazılmadığını bəhanə etdilər
“Ötən il 90 SC 629 dövlət nömrə nişanlı ”Lada Grand" markalı avtomobil almışam. Bu ilin sentyabrında Sabirabaddan Şirvana qayıdarkən maşının sağ tərəfində olan çarx sıradan çıxdı, avtomobil aşaraq yararsız hala düşdü. Mənim də “Beynəlxalq Sığorta” şirkətində “kasko” sığortam var. Ancaq bu günə kimi şirkət mənə dəyən zərəri ödəməkdən boyun qaçırır".Bu sözləri Şirvan sakini Natiq Kişiyev “Yeni Müsavat”a yazdığı şikayət məktubunda qeyd edib. Onun sözlərinə görə, maşını Beynəlxalq Bankda kreditdədir, hər ay kredit ödənişi edir və əlində qəbzləri var, üstəlik, şirkətdə maşını sığorta olunub, müqavilə bağlanıb, amma sürücünün adı müqavilədə göstərilməyib:
“Mənim adımın müqavilədə yazılmadığını bəhanə etdilər. Onda şirkətin fikrincə maşını idarə etmək üçün hər kimə etibarnamə verilibsə, adları sığorta müqaviləsində göstərilməlidir. Şikayət məktublarımı Maliyyə Nazirliyinin Sığortalara Nəzarət İdarəsinə də göndərdim. İdarədən də bildirildi ki, sığorta müqaviləsində adım yoxdur, pul ödənilməyəcək”.
İdarədən vətəndaşa deyilib ki, məhkəməyə müraciət etsin: “Maşın ”Beynəlxalq bank"da kreditdə olduğuna görə ora da müraciət etdim. Bankdan mənə deyildi ki, bank səhlənkarlıq edib, sığorta şirkətinə və sizə vaxtında məlumat verməyib ki, adınız qeyd edilməyib. İndi mən çarəsiz vəziyyətdə qalmışam və “kasko” sığorta olduğu halda təzminat ödənilmir. Çox xahiş edirəm ki, bu şikayətimi aidiyyəti yerlərə çatdırsınlar".
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər