BolgeXeber.Com » Gündəm » Bizneslə məşğul olan məmurlar – Siyahı

Bizneslə məşğul olan məmurlar – Siyahı

25-12-2014, 14:50
Oxunub: 4 230 Qanun məmur və deputatların sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını qadağan etsə də, bu gü bəzi deputat və iriçaplı məmurlar faktiki sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar

Editor.az bu dəfə adı müxtəlif biznes qurumlarına rəhbərlik etməkdə hallanan məmurlardan bəhs edəcək.

“DYP şefi” Ramiz Zeynalov

Bizneslə məşğul olan məmurlar arasında Azərbaycan Dövlət Yol Polisi İdarəsinin rəisi, general Ramiz Zeynalovun adı çəkilir. Generalın evakusiya xidmətləri həyata keçirən şirkətlərə, mənzillərdə köçürmə aparan şirkətlərə, o cümlədən Tovuzda bir çox istirahət mərkəzlərinə sahib olduğu deyilir. Adıçəkilən şirkətlərə Ramiz Zeynalovun yaxın qohumları rəhbərlik etsə də, əldə olunan gəlirlərin ona çatdığı bildirilir.

“Elektrik avadanlıqları inhisarçısı” – Baba Rzayev

“Bakıelektrikşəbəkə” ASC-nin sədri Baba Rzayevin də biznes fəaliyyəti ilə məşğul olduğu deyilir. Yüksək vəzifə təyinatına qədər elektrik yarımstansiyalarının qurulması işini həyata keçirən özəl şirkətə rəhbərlik edən B.Rzayevin hazırda da bu səpkili müxtəlif şirkətlərə sahib olduğu deyilir. Qardaşı və yaxın qohumları tərəfindən idarə edilən şirkətlər Bakı şəhərində “elektrik avadanlıqları inhisarçısı” kimi tanınır. Hətta deyilənə görə, hər hansı sahibkar oxşar fəaliyyətlə məşğul olmaq istəsə, onun qurduğu müəssisəyə elektrik verilişi dayandırılır.

“Yollar kralı” – Cavid Qurbanov

“Azəryolservis” ASC-nin sədri Cavid Qurbanovun də bizneslə məşğul olduğu deyilir. Nazir statusunda olan ASC sədrinin müxtəlif tikinti-quraşdırma şirkətlərinə sahib olduğu, rəhbərlik etdiyi dövlət qurumunun tenderlərini həmin şirkətlərə həvalə etdiyi söylənilənlər arasındadır.