“Azərsu”dan sahibkarlara zərbə: obyektləri su basdı - Video
26-12-2014, 14:55
Oxunub: 4 945
Hər yeni təmirdən sonra kanalizasiya boruları partlayaraq ofisləri bərbad duruma salır.
Nərimanov rayonu Atatürk prospekti 5a ünvanında yerləşən ofislər kanalizasiya sularına qərq olub.
Artıq neçə ildir Nərimanov rayon su idarəsinin səhlənkarlığı üzündən baş verən hadisə sahibkarları əməlli-başlı ziyana salıb.
Şikayətçilərin sözlərinə görə, binanın ofis və mağaza kimi işlədilən zirzəmisi bir neçə dəfə gözəyarı təmir edilsə də, problem həll olunmayıb. Hər yeni təmirdən sonra kanalizasiya boruları partlayaraq ofisləri bərbad duruma salır.
Problemi birdəfəlik həll etmək üçün obyekt sahibləri “Azərsu” ASC-nin Nərimanov rayon şöbəsinə dəfələrlə müraciət etdiklərini bildiriblər. Lakin bir ildən çoxdur ki, davam edən problemi Nərimanov rayon su idarəsi həll etməkdən boyun qaçırır.
Kanalizasiya suları ilə dolan obyektlərdən biri də “Rigali de Luso” italiyan hədiyyə malları mağazasıdır. Mağazanın sahibi yaranan problem ucbatından 60 min ziyana düşdüyünü bildirir. Obyekt sahibi qeyd edir ki, bu gün mağazanın böyük mərasimlə açılışı nəzərdə tutulubmuş, ancaq kanalizasiya borularının partlaması nəticəsində çirkab sularının dükanı basması tədbiri yarımçıq qoyub.
Sahibkarlar bildirirlər ki, çirkab sularının dəhşətli vəziyyət yaratdığı barədə baş idarəyə qədər, bütün instansiyalara məlumat versələr də, bu vaxta qədər heç bir qrup göndərilməyib.
Məsələ ilə bağlı “Azərsu” ASC-i ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı açıqlamasında bildirdi ki, onlarda bu barədə məlumat yoxdur: “Bu gündən etibarən məsələ “Azərsu” tərəfindən araşdırılacaq”.
axar.az

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər