BolgeXeber.Com » Gündəm » İnternetdə tanış olduğu oğlanla qaçan gəlin tapıldı

İnternetdə tanış olduğu oğlanla qaçan gəlin tapıldı

30-12-2014, 09:40
Oxunub: 3 152 Qaçırılan Tamilla Baxışovun həyat yoldaşı bu işlə bağlı Rusiyadan Azərbaycana gəlib

Qubada iki uşaqlı gəlinin başqası ilə qaçmasının yeni məqamları ortaya çıxıb. Bir neçə gün əvvəl baş verən biabırçı hadisədən sonra gəlinin yeri müəyyən edilib.

"Xəzər Xəbər" yazır ki, Quba polisi 26 yaşlı Tamilla Baxışovanın yerini qaçdığı gün anasına zəng etdiyi nömrə ilə təyin edib.

Gəlinin qaçdığı oğlan Şamaxı sakini 23 yaşlı Elçin Baxışovdur. O, Şamaxının Göylər kəndində qeydiyyatda olub. Özü də Sumqayıtda fəhləlik edirmiş. Güman edilir ki, internetdə eyni soyadlı olduqları üçün tanışlıqları yaranıb.

Yazışarkən Tamillaya özünü iş adamı kimi təqdim edən Elçin Baxışov ona müxtəlif vədlər verib. Elçin Tamillanı öz valideynlərinin xəbəri olmadan qaçırıb. Valideynləri Şamaxıdakı evlərinə polis gələndən sonra bu hadisədən xəbər tutublar.

Valideynləri Elçinin subay olduğunu bildiriblər. Hazırda hər ikisi ilə əlaqə saxlanıb və onlar polis şöbəsinə çağrılıblar. Qaçırılan Tamilla Baxışovun həyat yoldaşı isə bu işlə bağlı Rusiyadan Azərbaycana gəlib.
Bolgexeber.com