BolgeXeber.Com » Gündəm » Tanınmış beş məhbus azadlıqda-Tam siyahı

Tanınmış beş məhbus azadlıqda-Tam siyahı

30-12-2014, 11:50
Oxunub: 3 344 Prezident əfv fərmanı imzaladı

Azadlığa buraxılanlar arasında tanınmış vəkil Qurban Məmmədov, jurnalist Sərdar Əlibəyli, Əvəz Zeynallı, NİDA-çılardan isə Zaur Qurbanlı və Üzeyir Məmmədli də var; Tofiq Yaqublu və İlqar Məmmədov həbsdə qaldı...

Dekabrın 29-da prezident İlham Əliyev çoxdan gözlənilən əfv sərəncamı imzaladı. Əfv siyahısında beş tanınmış məhbusun adın var. Bunlar jurnalistlər Əvəz Zeynallı, Sərdar Əlibəyli, vəkil Qurban Məmmədov, o cümlədən NİDA Vətəndaş Hərəkatının iki üzvü - Zaur Qurbanlı və Üzeyir Məmmədlidir.

Hazırda nəşrini dayandırmış “Xural” qəzetinin baş redaktoru olan Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-dən həbs edilib. O, 9 il müddətinə azadlıqdan məhrum olunub.
Sərdar Əlibəyli 2013-cü ilin avqustunda həbs edilib və 4 il müddətinə azadlıqdan mərhum olunub.

Qurban Məmmədov 2013-cü ildə Nəsimi Rayon Məhkəməsinin 6 dekabr tarixli hökmü ilə 3 il həbs cəzası almışdı. Zaur Qurbanlı və Üzeyir Məmmədli ötən ilin yazında daha 6 NİDA-çı ilə birgə tutulublar. Gənclər kütləvi iğtişaşları təşkil etmə cəhdində təqsirli biliniblər və 6-8 il aralığında həbs cəzaları alıblar. Zaur Qurbanlı 8 il, Üzeyir Məmmədli 7 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Əfv olunanların tam siyahısı

I. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilsinlər:

1. Abbasov Elçin
2. Abbasov Hacı
3. Abdulxalıqov Kənan
4. Abdullayev Rüfət
5. Abışov Pərviz
6. Ağalarov Şahlarbəy
7. Ağalıyev Yasəf
8. Aldemir Halil
9. Allahverdizadə Əli
10. Bəşirov Azad
11. Boroşkov Anton
12. Budaqov Çingiz
13. Cəfərov Aslan
14. Cəfərov Ayaz
15. Cəlilov Əzizağa
16. Dadaşov Seymur
17. Dronov Yuriy
18. Etibar Məmməd oğlu
19. Əhmədov Zaur
20. Əhmədova Nüşabə
21. Əkpərli Səməd
22. Ələkbərov Şahlar
23. Əliyev Sərdar
24. Əlnağıyev Şakir
25. Əskərov Azad
26. Həsənov Şahin
27. Həsənova Günel
28. Hümbətov İsmayıl
29. Hüseynov Ceyhun
30. Hüseynov Elçin
31. Hüseynov Əli
32. Hüseynov Ruhid
33. Xəlilov Rəşad
34. İbrahimov Ceyhun
35. İnsafi Ələkbər
36. İsazadə Qulam
37. İsgəndərov Niyazi
38. İslahlı Elsun
39. İsmayıllı Elşən
40. Kazımlı Məhərrəm
41. Kərimov Famil
42. Qasımov Anar
43. Qasımov Anar
44. Qasımov Hənifə
45. Qasımov Nazim
46. Qasımov Raqif
47. Qəhrəmanov Nahid
48. Quliyev Ceyhun
49. Quliyev Emin
50. Quliyev Rəşad
51. Quliyev Şirməmməd
52. Quluyev Muraday
53. Qurbanlı Zaur
54. Mahmudov Mehman
56. Mecidov Eldar
55. Mehtiyev Nəsrəddin
57. Məmmədli Üzeyir
58. Məmmədov Qurban
59. Mikayılov Rəsul
60. Mustafayev Mustafa
61. Mustafayev Nuruzadə
62. Mustafayev Rövşən
63. Mustafayev Şahin
64. Mühübəliyev Şükran
65. Orucov Pərviz
66. Orucov Tural
67. Ramazanov Yusif
68. Rzayev Mahir
69. Rzayev Namil
70. Sarıyev İman
71. Səfərov Ədalət
72. Səlimov Ziya
73. Sultanlı İlqar
74. Şükürov Namiq
75. Teymurov İlqar
76. Vəliyev Nicat
77. Vəliyev Zamiq
78. Zeynalov Əvəz
79. Zeynalov Vüsal

II. İslah işləri cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilsinlər:

1. Xabibov Rəhman
2. Mehdiyev Namik
3. Məhərrəmov Dəyanət
III. Cərimə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzadan azad edilsinlər:
1. Abdullayev Səfər
2. Əliyev Qalib
3. İsrafilov Səbuhi
4. Mehdiyev Mürüvvət
5. Musayev Cəfərağa

Hüquq müdafiəçiləri əfv sərəncamın necə dəyərləndirir?

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu musavat.com-a açıqlamasında əfv sərəncamını yüksək qiymətləndirdiyini bildirdi: “Bu başlanğıcdır. Biz çalışacağıq İntiqam Əliyev, Leyla Yunus, Rəsul Cəfərov, Anar Məmmədli, Bəşir Süleymanlı, Nemət Pənahlı, Xədicə İsmayıl və digərlərinin azadlığa buraxılmasına çalışaq. Çox istərdim ki, Pərviz Həşimli də azadlığa çıxsın. Yaxın aylarda onların da azadlığa buraxılması məsələsini həll etməyə çalışacağıq. Prezidentə təşəkkür edirəm. Mart ayına qədər çoxlu dəyişikliklər olacaq. Əfv sərəncamı olmadan da marta qədər azadlığa çıxma ehtimalı olanlar var. Siyahımızda olan bir çox başqa məhkumlar da azadlığa çıxıb. Mənim üçün Əvəz Zeynallı, Zaur Qurbanlı, Üzeyir Məmmədli və digərlərinin azadlığa buraxılması çox sevindiricidir. Zaur, bildiyimiz kimi, xəstə idi. Onun azad olunmasına çox sevindim. Bundan sonra da bu istiqamətdə işlərimizi davam etdirəcəyik”.

İşçi Qrupunun digər üzvü Səidə Qocamanlı qismən də olsa gözləntilərinin doğrulduğunu qeyd etdi: “Prezident artıq gözlədiyimiz əfvi imzaladı. Siyahımızdan 10 nəfər azadlığa buraxıldı. Bu birinci etap idi. Siyahımızda olan digər şəxslərin də azadlığa buraxılması məsələsinə baxılacaq. Ümid edirəm ki, yanvar ayında onların da işi müsbət həll olunacaq. Bunların hər biri insan taleyidir. Azadlığa çıxanlar üçün çox sevinirəm. Biz arzulayırdıq ki, çox adam azadlığa çıxsın. Amma ”dama-dama göl olar". Azadlığa buraxılanlar üçün də təşəkkür etmək lazımdır. Gözləntilərimizin doğrulmadığını deməzdim. Qismən doğruldu. İşçi Qrupu fəaliyyətinə davam edəcək. Çox güman ki, bayramdan sonra Avropa Şurasının qış sessiyası ərəfəsində yenidən toplaşacağıq".

Jurnalistin xanımı: “4-cü ilə keçir ki, bu xəbəri gözləyirdim”

Əfv sərəncamı ilə azadlığa buraxılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı bu xəbəri ilk dəfə bizdən eşitdiyini bildirdi. O, keçirdiyi hissləri bizimlə bölüşdü: “İnanırsınız ki, hələ də əfv olduğuna inana bilmirəm. Mən bu qərarı 1184 gün idi ki, gözləyirdim. Çox sevinirəm. Hisslərimi ifadə edə bilmirəm. Artıq 4-cü ilə keçir ki, bu xəbəri gözləyirdim. Allah bütün siyasi məhbusların qapısını açsın. Heç zaman istəmərəm ki, günahsız insanlar həbsdə olsun. Hamısına azadlıq nəsib olsun. İnsan üçün azadlıqdan dəyərli heç nə yoxdur”.
Zaur Qurbanlının atası Araz Qurbanlı sevincindən ağladı: “Sevincdən evdə hər kəs ağlayır. Yoldaşlarının buraxılmamasına təəssüflənirik. Rəşadətin körpə balası var. Digərlərinin gözləyəni var. Zaurun azad olunmasında köməyi keçən hər kəsə təşəkkür edirəm. Vəkil və jurnalistlərdən tutmuş dövlət rəhbərinə qədər. Allah digərlərinin də qapısını açsın. İnşallah, növbəti dəfə onlar da azadlığa çıxar”.

Arif Hacılı: “Təəssüf ki, ümidlər doğrulmadı”

Verilən əfvdə çoxları Müsavat başqanının müavinləri Tofiq Yaqublu və Yadigar Sadıqovun, eləcə də REAL sədri İlqar Məmmədovun azadlığa buraxılacağına ümid edirdi.
Müsavat başqanı Arif Hacılı əfv sərəncamını belə dəyərləndirdi: “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində yerli və beynəlxalq təşkilatların siyasi və vicdan məhbusu elan etdiyi şəxslərin azadlığa buraxılması təbii ki, bir tərəfdən Azərbaycanın mənafelərinə uyğun olan bir addım, həm də ədalət prinsipinin qismən də olsa, bərpası kimi qəbul oluna bilərdi. Nə Azərbaycan cəmiyyəti, nə də ölkəmizdə fəaliyyət göstərən siyasi qüvvələr, ictimai birliklər daha çox siyasi əqidəsinə görə həbs edilən məhbusun bayram günü ərəfəsində azadlığa çıxacağına ümid bəsləyirdi. Təəssüf ki, ümidlər doğrulmadı. Hakimiyyət dairələri yenə də ölkədə vətəndaş həmrəyliyinə nail olmaq imkanlarını itirdilər”.

Müsavat başqanı Avropa Şurası Nazirlər Komitəsinin REAL sədri İlqar Məmmədovla bağlı qərarına ölkə iqtidarının məhəl qoymamasına da toxundu: “Azərbaycan hakimiyyəti beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmir. Beynəlxalq birliyə qarşı açıq meydan oxuyan siyasət həyata keçirir. Bu da hesab edirəm ki, Azərbaycanın milli mənafelərinə ziddir. Təəssüf ki, Azərbaycan hakimiyyəti bu istiqamətdəki siyasətinə düzəliş etmək əvəzinə, beynəlxalq aləmdə daha radikal mövqelər tutmaqla ölkəmizə problemlər yaratmaqda davam edir”.