Neftin önəmi azalır...
1-01-2015, 14:35
Oxunub: 3 531
Amerikalı alimlər iqtisadi inkişaf fenomenini termodinamika qanunları vasitəsilə araşdırıblar
Bolgexeber.com Milli.az-a istinadən bildirir ki, onlar energetika sahəsinin səbatlılıq səviyyəsini də yoxlayıblar.
Neoklassik iqtisadi model əmək və kapital kimi iki əsas ünsürdən ibarət olsa da, onlar mükəmməl deyillər. Məsələn, "Solou qalığı" anlayışı vardır. Bu qalıq milli gəlirin artımının əmək və kapitalın inkişafı ilə izah edilə bilməyən hissəsidir.
Amerikalı, alman və yapon alimlərin birgə tədqiqatı "Solou qalığı" fenomeninin araşdırılmasına yönəlib. Bu qalıq energetikadır. Onun iqtisadiyyatdakı çəkisi dəyərindən qat-qat artıqdır. Özü də söhbət ənənəvi enerji mənbələri və nüvə yanacağı yox, həm də alternativ energetikadan gedir.
1960-2000-ci illərdə ABŞ, Yaponiya və Almaniya iqtisadiyyatlarındakı durum tədqiq olunub, neft böhranlarına xüsusi diqqət yetirilib. Bəlli olub ki, enerjidaşıyıcılarının qiymətləri bu ölkələrin iqtisadiyyatlarına çox böyük təsir edib.
Eyni zamanda aktiv neft hasilatı "qara qızıl"ın çıxarıldığı ölkələrin və xam nefti fəal alan dövlətlərin iqtisadiyyatlarında staqnasiyaya səbəb olub.
Alimlər tədqiqatın nəticələrindən iqtisadi inkişaf və yeni böhranların təxminlənməsində nəzərə alınmasını istəyirlər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər