BolgeXeber.Com » Gündəm » ADNA-nın rektoru vəfat etdi

ADNA-nın rektoru vəfat etdi

2-01-2015, 14:05
Oxunub: 3 808 Rektor yanvarın 1-də 72 yaşında vəfat edib

Azərbaycan Dövlət Neft Akademiyasının rektoru, üzvi kimya sahəsində görkəmli alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kimya elmləri doktoru Siyavuş Qarayev dünyasını dəyişib. Rektor yanvarın 1-də 72 yaşında vəfat edib.S. Qarayev 30 aprel 1942-ci ildə Azərbaycanın Samux rayonunda anadan olub. O, 1959-cu ildə Gəncə şəhərində orta məktəbi bitirib və həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə daxil olub. 1964-cü ildə universiteti bitiriи, təyinat üzrə Ümumittifaq Elmitədqiqat Olefinlər İnstitutunda mühəndis, sonra isə Azərbaycan Elmlər Akademiyasının Y. Məmmədəliyev adına Neft-kimya Prosesləri İnstitutunun Sumqayıt filialında kiçik elmi işçi işləyib. 1967-ci ildə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki ADNA) aspiranturasına daxil olub, 1970-ci ildə namizədlik, 1981-ci ildə isə M. Lomonosov adına Moskva Zərif Kimya Texnologiyası İnstitutunda doktorluq dissertasiyasını müdafiə edib.

S. Qarayev Beynəlxalq Elmlər Akademiyasının və Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki, Nyu-York Elmlər Akademiyasının, Beynəlxalq Mühəndislik Akademiyasının və Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü, Çin Neft Universitetinin fəxri professoru olub. Onun geniş elmi maraq dairəsi doymamış heteroatomlu üzvi birləşmələrin fundamental və tətbiqi kimyası sahəsini əhatə edir. S. Qarayev 550-ə yaxın elmi əsərlərin müəllifidir, 70-dən çox иeynəlxalq və regional elmi konfrans və simpoziumlarda məruzə edib.

Akademik S. Qarayev SSRİ neft-kimya və neftayırma sənayesi əlaçısı, SSRİ-nin fəxri kimyaçısı, Azərbaycanın əməkdar elm xadimi adlarına layiq görülüb.

S. Qarayev bu gün 2-ci Fəxri Xiyabanda dəfn olunub.