BolgeXeber.Com » Gündəm » Tərtərdə bayram tədbirləri keçirildi-Foto

Tərtərdə bayram tədbirləri keçirildi-Foto

3-01-2015, 11:10
Oxunub: 2 975 Tərtərlilər əsgərlərimizi təbrik etmişlər

Bolgexeber.com xəbər verir ki, 31-dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə rayonun ərazisində yerləşən hərbi hissələrdə Tərtər rayon İcra Hakimiyyəti tərəfindən bayram tədbirləri təşkil edilmişdir.Tədbirlərdə çıxış edənlər hərbi hissələrin şəxsi heyətini 31-dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik etmişlər. Bildirmişlər ki, Azərbaycanda ordu quruculuğu işi 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra başlayıb. Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin sərkərdəlik bacarığı sayəsində formalaşıb, döyüşkən bir orduya çevrilib. Hazırda Azərbaycan Ordusu Cənubi Qafqaz regionunun ən güclü, nizam-intizamlı və müasir silahlarla təchiz olunmuş, hərbi-texniki strukturlara, bacarıqlı hərbçi kadr potensialına malik ordusudur.

Tədbirlərdə rayon mədəniyyət evinin “Tərtər” xalq kollektivi və uşaq musiqi məktəbinin “Tər çiçəklər” ansamblı rəngarəng konsert proqramları ilə çıxış etmişlər. Bayram şənliklərinə qoşulan əsgərlər öz fəaliyyət kollektivinin üzvləri ilə birlikdə mahnılar oxumuş, rəqs etmiş, öz bacarıqlarını nümayiş etdirmişlər.

31-dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə keçirilən silsilə tədbirlər maraqlı və yaddaqalan olmuşdur.