Rusiyada nazir özünü iş otağında güllələdi
3-01-2015, 17:25
Oxunub: 3 222
Rusiyanın Mari El Respublikasının daxili işlər naziri Vyaçeslav Buçnev bu gün özünü iş otağında güllələməklə intihar edib.
Virtualaz.org saytıbildirir ki, Rusiya DİN mətbuat mərkəzindən verilən xəbərə görə, nazir bayram günləri olmasına rəğmən işə gəlib-gedirmiş. Baxmayaraq ki, Buçnev dekabrın 26-dan yanvarın 8-dək rəsmən məzuniyyətdə olub.
Vyaçeslav Buçnev yanvarın 3-də də işə gəlib. Bir qədər sonra isə nazirin katibi onun kabinetindən atəş səsi eşidib. Katib kabinetə girəndə Buçnevdə həyat əlamətləri olmayıb.
Rusiya DİN faktı daha geniş təhqiq etmək üçün Mari El Respublikasına xüsusi komissiya göndərmək barədə qərar qəbul edib. Komissiyanın hansı nəticələrlə dönəcəyi bilinmir.
Rusiya DİN-dəki mənbələr "İnterfax"a bildirib ki, Moskvadan - generallardan V.Buçnevə və onun fəaliyyətinə qarşı hər hansı irad və etiraz olmayıb. Ona görə də hadisənin motivləri qaranlıq qalır. Rusiya DİN-də hesab edirlər ki, bunun bədbəxt hadisə, yoxsa intihar olması araşdırılacaq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər