BolgeXeber.Com » Gündəm » Yardımlıda sosial sorğunun nəticələri açıqlanıb - SİYAHI

Yardımlıda sosial sorğunun nəticələri açıqlanıb - SİYAHI

4-01-2015, 12:15
Oxunub: 5 444 Sorğuda 600-ə yaxın respondent iştirak edib

"Yardımlı Xeyriyyə Cəmiyyəti" və "Yardımlının Səsi" qəzeti hər il olduğu kimi bu dəfə də ənənəyə sadiq qalaraq rayonda göstərdiyi xidmətlərə və qazandığı uğurlara görə "İlin ən yaxşıları"nı mükafatlandırmaq məqsədilə əhali arasında sosial sorğu keçirib.

Bolgexeber.com xəbər verir ki, bu dəfə sorğuda 600-ə yaxın respondent iştirak edib. Onlar məktub, mesaj və zəng vuraraq sorğunun suallarını cavablandırıblar.

2014-cü il üzrə sorğunun nəticələri aşağıdakı kimi olub:

"İlin məmuru"- Ayaz Əliyev,

"İlin yazarı"- İqbal Nəhmət,

"İlin həkimi"- Həzi Məcidov,

"İlin təhsil işçisi"- Mehdi Həsənov,

"İlin icra nümayəndəsi"- İlham Rzayev,

"İlin xeyirxah adamı"- Sevindik Hətəmov.

"Yardımlı Xeyriyyə Cəmiyyəti" il ərzində imkansız yurddaşlarımıza göstərdiyi xeyirxahlıqlara görə aşağıda adları sadalanan insanları"Hacı Zeynalabidin Tağıyev ənənələrinin davamçısı diplomu"ilə təltif edib:

Hacı Gülağa Abışov- il ərzində vəfat etmiş bir neçə imkansız vətəndaşlarımızın dəfn və yas mərasiminin xərclərini öz üzərinə götürdüyünə və saysız xeyriyyəçi əməllərinə görə,

Xamis Qubadov- imkansız yurddaşlarımıza göstərdiyi saysız xeyirxah əməllərinə görə,

Elvin Mirzəyev- rayonda yaşayan imkansız xəstələrin təmənnasız cərrahiyyə əməliyatlarına görə,

İsmayıl Qənbərov- rayonda yaşayan imkansız xəstələrin təmənnasız cərrahiyyə əməliyatlarına görə.

"Dilçi alim, professor Kamil Əliyev adına diplomu"u ilə təltif edilənlər:

Bilal Alarlı- Yardımlı folklorunun araşdırılmasında göstərdiyi xidmətlərə görə,

Aslan Quliyev- Müasir Azərbaycan ədəbiyyatında rayonumuzu şərəflə təmsil etdiyinə görə,

Sabir Bəşirov- Müasir Azərbaycan ədəbiyyatında rayonumuzu şərəflə təmsil etdiyinə görə.

"Vəli Məmmədov adına diplom"a layiq görülənlər:

Əli İskəndərov- mədəni-kütləvi tədbirlərin təşkilinə görə,

Əlisafa Əhmədoğlu- mədəni-kütləvi tədbirlərin təşkilinə görə.

"Fəxri Fərman"la təltif edilənlər:

Nazim Rzayev- rayonda idmanın inkişafında göstərdiyi xidmətlərə görə,

Fəryaz İbayev- rayonda idmanın inkişafında göstərdiyi xidmətlərə görə,

Ramal Alışov- rayonda idmanın inkişafında göstərdiyi xidmətlərə görə.