BolgeXeber.Com » Gündəm » Azərbaycanlı jurnalistin oğlu intihardan əvvəl 12 səhifəlik məktub yazıb – (Yenilənib)
Azərbaycanlı jurnalistin oğlu intihardan əvvəl 12 səhifəlik məktub yazıb – (Yenilənib)
5-01-2015, 19:00
Oxunub: 3 981
19 yaşlı Azər Şahismayıl oğlu Məmmədov yanvarın 3-də özünü güllələyib
Yanvarın əvvəlində İstanbuldan qayıdan Azər dostları ilə Dmanisinin Dunus kəndində yeyib-içdikdən sonra Qardabaniyə gəlib. Tələbə dostlarını Bakıya yola saldıqdan sonra Azər evə qayıdıb və otağa girib qapıları bağlayaraq özünü öldürüb. Mərhumun atası Şahismayıl Məmmədov sayta açıqlamasında bildirib ki, oğlu 12 səhifəlik məktub yazaraq bildirib ki, bu dünyada yaşamaq istəmir: “O, belə bir cəmiyyətdə və zəmanədə yaşamaq istəmədiyini və narazılığını bildirib”.
Bu gün Azər Məmmədov Qardabaninin Kosalı kəndində torpağa tapşırılıb.
11:41
AzTV-nin Gürcüstan müxbiri Şahismayıl Şəmmədoğlu oğlunun intiharından danışıb.
O, açıqlamasında oğlunun intiharı ilə bağlı yayılan məlumatı təsdiq edib: “Bəli, təəssüf ki, belə bir hadisə baş verib. Amma indi bu barədə geniş danışa bilmirəm, sonra danışarıq. Məclisdəyəm, işdi də olub”.
Xatırladaq ki, Şahismayıl Şəmmədoğlu bir neçə il əvvəl Gürcüstan prezidentinin sərəncamı ilə “Şərəf” ordeninə layiq görülüb
10:35
AzTV-nin Gürcüstan müxbiri Şahismayıl Şəmmədoğlunun övladı intihar edib.
Bu barədə publika.az-a Gürcüstanda yaşayan soydaşlarımız məlumat veriblər. Hadisə dünən baş verib.
İntihar olayı ilə bağlı xəbər verən soydaşlarımızın sözlərinə görə, Şahismayıl Şəmmədoğlunun Qardabani rayonunda yaşayan oğlu özünü tapançayla vurub. Onun bundan əvvəl valideynlərinə mesaj yazdığı bildirilir.
İntiharın səbəbləri məlum deyil. Hadisə baş verən gün gəncin valideynləri Bakıda olublar. İntihar edən şəxs Türkiyədə təhsil alırmış.
Hadisənin təfərrüatı araşdırılır.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər