Soliton müştəriləri necə ələ salır?
6-01-2015, 19:45
Oxunub: 6 779
Reklamlardakı məhsullar mağazalarda yoxdu
Soliton dükanlar şəbəkəsində vətəndaşlara qarşı ciddi şəkildə hörmətsizlik edilir. Gundeminfo.az-a müraciət edən vətəndaşlar bildirir ki, bu dükanlar şəbəkəsinin rəsmi internet saytında olan məhsullar faktiki olaraq heç bir dükanda yoxdur. Şikayət edən vətəndaşlar deyir ki, http://soliton.az/mobile/mobile/ saytından bu telefonları əldə etmək üçün baş ofisə müraciət etsələr də, onlara bildiriblər ki, onlayn satışda olan məhsulları faktiki olaraq əldə etmək mümkün deyil. 012 530 92 02 saylı müştəri xidmətlərinə müraciət edən vətəndaşlara dükanlara müraciət etmələri təklif edilir. Lakin saytda göstərilən telefonları əldə etmək mümkün olmadıqda, «Soliton»-dan bildirirlər ki, bir neçə gün gözləməli olacaqlar və dükanlarda olmayan məhsulları sifariş edərək istehsalçı şirkətdən əldə edə bilərlər. Lakin günlər keçsə də onlayn satış üzrə müştərinin istədiyi telefon gəlib çıxmır. Nəticədə məlum olur ki, ümumiyyətlə həmin telefonların «istehsalı dayanıb» .
Bununla belə «Soliton»un dükanlarında müştərilərə təklif edilən kredit şərtləri üzrə faiz dərəcələri də kifayət qədər yüksəkdir. Məsələn bu dükanlarda nəğd satılan 200 manatlıq telefon modellərinin kredit qiymətləri 6 aya görə, 50 manata qədər bahalaşır. Üstəlik də 22 faiz əlavə faiz hesablanır. Bununla da müştəri 6 ay ərzində «Soliton»dan əldə etmək istədiyi mobil telefon üçün azı 300 manata qədər vəsait ödəməli olur. Təkrar müştərilər üçün isə adıçəkilən dükanlar şəbəkəsinin təklif etdiyi güzəştlərin də heç biri mövcud deyil. Yalnız ilkin ödəniş təkrar müştərilər üçün 10 faiz, yeni müştərilər üçünsə 30 faizdir.
«Soliton»un digər məhsulları ilə bağlı da müvafiq olaraq onlayn satış üzrə «yeniliklər» barədə bilgi verəcəyik. Qarşı tərəfin də mövqeyini dinləməyə şazırıq.
Müştərilərə qarşı bu şəkildə münasibətlə bağlı İqtisadi İnkişaf Nazirliyinin müvafiq qurumlarından da mövqe öyrənməyə çalışırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər